Tədqiqatçılar, inqilabi naziklikdəki filtrlə adi eynəklərə gecə görmə qabiliyyətini qazandıra biliblər!
Elm & Texnologiya
06.06.2024
Farid Pardashunas
Gecə görmə texnologiyası, tezliklə mürəkkəb sistemlərdən adi eynəklərə keçə bilər. Tədqiqatçılar, inkişaf etdirdikləri ultra nazik infraqırmızı filtrlə bunun mümkün ola biləcəyini göstəriblər.
Avstraliyadakı ARC Centre of Excellence for Transformative Meta-Optical Systems (TMOS) tədqiqatçıları, böyük və bahalı başlıqları və linza sistemlərini ləğv edərək gecə görmə texnologiyasını əlçatan və geyilə bilən hala gətirmək üçün axtarışa başlayıblar. Nəticədə, inkişaf etdirdikləri ultra nazik gecə görmə filtrləri ilə adi eynəklərin gecə görmə qabiliyyətini qazana biləcəyini göstəriblər. Bu texnologiya, insanların gecə gəzintisi, gecə avtomobil idarəsi zamanı və təhlükəsizlik kimi bir çox sahədə fayda vermə potensialına malikdir. Ənənəvi gecə görmə sistemləri, işıq fotonlarının obyektivdən keçdiyi və iki mühüm hissədən ibarət elektron təsvir gücləndirici boruya daxil olduğu mürəkkəb bir quruluşa malikdir. Əvvəlcə fotokatod, fotonları elektronlara çevirir və sonra elektronlar çoxalmaq üçün milyonlarla deşikdən ibarət mikrokanal plitəsinə axır. Nəhayət, elektronlar fosforla örtülmüş ekrana düşür və fosforlara dəydikdə yaşıl rəngdə parıldayaraq baxılan sahənin parlaq görüntüsünü yaradır.
TMOS tədqiqatçıları, işıq fotonlarını manipulyasiya etmək üçün daha asan yol olan metasəth əsaslı "upconversion" texnologiyasından istifadə ediblər. Litium niobat əsaslı meta səth, fotonların enerjisini artırır və onları əvvəlcə elektronlara çevirməyə ehtiyac olmadan görünən işıq spektrinə cəlb edir. Bu texnologiya, həmçinin kriogen soyutma tələb etmir ki, bu da ənənəvi gecə görüntülərində daha kəskin təsvirlər üçün küyü azaldır. Bundan başqa, ənənəvi infraqırmızı və görünən görüntüləmə sistemləri, orijinal görüntünü yarada biləcək təchizata sahib deyillər. Buna görə də, hər bir spektrdəki şəkil ayrıca çəkilir. Digər tərəfdən, yeni texnologiya ilə həm görünən, həm də görünməyən (infraqırmızı) işıq eyni vaxtda tutula bilər. Beləliklə, qaranlıqda daha yüksək keyfiyyətli şəkillər çəkmək mümkün hala gəlir.
Tədqiqatın müəllifi Rocio Camacho Morales, araşdırmanı belə ifadə edir: "Bu, lokal olmayan metasəthdə 1550 nm infraqırmızıdan görünən 550 nm işığa qədər yüksək rezolyusiyaya malik upconversion təsvirinin ilk nümayişidir. Biz bu dalğa uzunluqlarını ona görə seçdik ki, 1550 nm, infraqırmızı işıq telekommunikasiyası üçün geniş istifadə olunur, 550 nm isə insan gözünün kifayət qədər həssas olduğu görünən işıqdır. Gələcək tədqiqatlara cihazın həssas olduğu dalğa uzunluğu diapazonunun genişləndirilməsi, genişzolaqlı İQ təsvirinə nail olunması və kənarların aşkarlanması da daxil olmaqla təsvirin işlənməsinin tədqiqi daxildir." Ən son işləri ilə TMOS tədqiqatçıları, qalium arsenid metasəthindən istifadə edərək gecə görmə ilə bağlı əvvəlki araşdırmalarını inkişaf etdirirlər. Tədqiqatçılar, bu dəfə litium niobat metasəthindən istifadə edərək, daha böyük səth sahəsində işığı daha səmərəli emal edə biliblər.
Linki kopyala
Scientific news
science news
elmi xeberler
night vision
night vision glasses
tmos
ARC Centre of Excellence for Transformative Meta-Optical Systems
Bənzər xəbərlər
Oxşar xəbərlər
İnsan beyni düşünüldüyündən 10 dəfə daha çox məlumatı özündə saxlaya bilər
İnsan beyni düşünüldüyündən 10 dəfə daha çox məlumatı özündə saxlaya bilər
Uzun müddət ərzində hesab edilirdi ki, neyronlar arasında məlumatların ötürülməsini təmin edən sinapslar ölçü və güc baxımından məhduddurlar.
Süd Yolu qalaktikasının mərkəzində potensial yeni növ ulduzlar kəşf olunub
Süd Yolu qalaktikasının mərkəzində potensial yeni növ ulduzlar kəşf olunub
Atronomlar Süd Yolu qalaktikasının mərkəzindən 1 işıq ili radiusunda potensial yeni növ ulduzları kəşf etmiş ola bilərlər. Məlumata əsasən potensial olaraq kəşf edilmiş yeni növ ulduzlar sirli qaranlıq materiya hissəciklərinin məhv olmaları hesabına mövcuddurlar.
Süd Yolu qalaktikasında hər il hansı sayda ulduz ölür?
Süd Yolu qalaktikasında hər il hansı sayda ulduz ölür?
Gecə səmaya nəzər yetirsək, qədim insanların minlərlə və hətta on minlərlə il bundan öncə görmüş olduqları ulduzları görəcəyik. Lakin kosmos dəyişir. Yeni ulduzlar formalaşdıqca daha köhnələri öz fəaliyyətlərini yekunlaşdırırlar.
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Yer kürəsi insan həyatının bütün sahələrini əhatə edəcək iqlim böhranı ilə qarşı-qarşıyadır. Son məlumatlara əsasən keçən il insanlıq tarixinin ən isti ili kimi qeyd edilib.
Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib
Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib
Demək olar 170 il bundan öncə ilk plastik material hazırlanmışdı. 1970-ci illərdə isə alimlər artıq mikroplastik barəsində danışmağa başladılar. 2004-cü ildə mikroplastik hissəciklər Britaniyanın sahillərində aşkar ediləndən sonra bu termin geniş şəkildə tanınmağa başladı.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ