Alimlər robotlar üçün insanabənzər dəri hazırlayıblar! (VİDEO)
Elm & Texnologiya
27.06.2024
Farid Pardashunas
Tokio Universiteti və Harvard Universitetinin alimləri robotlar üçün tamamilə yeni insana bənzər dəri hazırlayıblar. Bu dəri, hətta özünü sağaltmaq qabiliyyətinə də malikdir.
İnsan dərisinin bağlarından ilhamlanan tədqiqatçılar, robotun üzünə dəri qatının yapışmasına kömək edən xüsusi deşiklər əlavə ediblər. Layihəyə rəhbərlik edən professor Shoji Takeuchi, biohibrid robototexnika sahəsində pioner kimi tanınır. O, indiyə qədər bioloji əzələ toxumasından istifadə edərək yeriyən mini robotların, 3D-printer vasitəsilə laboratoriyada yetişdirilən ətlərin, özü-özünü sağalda bilən mühəndislik istehsalı dərinin və daha çoxunun hazırlanmasında qabaqcıl şəxslərdən biri olmuşdur. Lakin onun fikrincə robot dəri texnologiyası daha da inkişaf etdirilə bilərdi.
Bu istəkdən irəli gələn komanda, insan dərisini birləşdirən strukturları təqlid edərək və bərk materiallarda xüsusi hazırlanmış V formalı perforasiyalardan istifadə edərək dərini mürəkkəb strukturlara bağlamağın yolunu tapdı. Beləliklə, robot dəri, qopmadan və soyulmadan mexaniki komponentlərlə problemsiz şəkildə hərəkət edə bilmə xüsusiyyətini qazanmış oldu. Tədqiqatçıların fikrincə yeni dəri, robotlara bir sıra əlavə yeni qabiliyyətlər də qazandıra bilər. Məsələn, öz-özünə müalicə edə bilmə xüsusiyyətini nümunə kimi göstərmək olar. Tədqiqatçıların düşünürlər ki, inkişaf etmiş bioloji dəri insan dərisini təqlid edə bilir. Buna görə də, bu süni dəri kiçik kəsikləri düzəldə, sinirləri və digər dəri orqanlarını birləşdirə, duyğu funksiyalarını aktivləşdirə və s. edə bilər.
Tədqiqatçılar sözlərinə görə, bu dəri, həmçinin kosmetikin, cərrahi üsullarının və plastik cərrahiyyəsinin öyrənilməsində inqilabi dəyişiklik edə bilər. Komanda həmçinin inkişaf etdirdikləri dərini gülümsəməyi bacaran kiçik robot üzə də tətbiq ediblər. Tədqiqatçılar, insanabənzər ifadələr yaratmaq üçün mürəkkəb aktuatorların və ya əzələlərin robota inteqrasiyasının tələb olunduğunu və realizmə nail olmaq üçün hərəkətin eyni zamanda material qədər də vacib olduğunu bildiriblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yaşamaq üçün oksigenə ehtiyacı olmayan ilk canlı kəşf edilib!
Yaşamaq üçün oksigenə ehtiyacı olmayan ilk canlı kəşf edilib!
Tarixdə ilk dəfə yaşamaq üçün oksigenə ehtiyacı olmayan canlı növü kəşf edilib.
Çatlamalara qarşı 17 dəfə daha davamlı olan beton növü ixtira edilib!
Çatlamalara qarşı 17 dəfə daha davamlı olan beton növü ixtira edilib!
Alimlər, təbii materiallardan ilhamlanaraq çatlamalara 17 dəfə daha davamlı olan yeni beton növü hazırlayıblar. Bu innovativ beton, dünyada ən çox yayılmış tikinti materiallarından biri olan sementi daha davamlı və təhlükəsiz etmək məqsədi daşıyır.
MIT tədqiqatçıları, "gələcəkdəki özünüzlə" danışa biləcəyiniz süni intellekt hazırlayıb!
MIT tədqiqatçıları, "gələcəkdəki özünüzlə" danışa biləcəyiniz süni intellekt hazırlayıb!
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları, istifadəçilər üçün gələcək şəxsiyyətləri ilə söhbətləri simulyasiya edəcək, narahatlığı azaltmağa və motivasiyanı artırmağa kömək edəcək süni intellekt chatbot hazırlayıblar.
Alimlər süni intellekt sayəsində Parkinson xəstəliyini bir neçə il öncədən müəyyən edə biliblər!
Alimlər süni intellekt sayəsində Parkinson xəstəliyini bir neçə il öncədən müəyyən edə biliblər!
Alimlər tərəfindən aparılan yeni bir araşdırmada süni intellekt, Parkinson xəstəliyini simptomları başlamazdan illər əvvəl 100% dəqiqliklə proqnozlaşdıra bilib.
Smartfonlar yuxuya təsir göstərirlərmi?
Smartfonlar yuxuya təsir göstərirlərmi?
Aparılmış yeni tədqiqata əsasən smartfon ekranı tərəfindən şüalanan göy işıq gecələr istifadəçinin yuxusuna zərər yetirmir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ