main-post-cover

    Yaşamaq üçün oksigenə ehtiyacı olmayan ilk canlı kəşf edilib!

    Elm & Texnologiya
    24.06.2024
    Farid Pardashunas

         Tarixdə ilk dəfə yaşamaq üçün oksigenə ehtiyacı olmayan canlı növü kəşf edilib.

         Alimlər tərəfindən kəşf edilən meduzaya bənzər quruluşa malik parazitin mitoxondrial genomu yoxdur. Bu da, tapılan parazitin mitoxondriyasız ilk çoxhüceyrəli quruluş kimi tarixə adını yazdırmasına imkan verib. Hər hüceyrədə çoxlu sayda olan mitoxondriyalar, oksigendən enerji istehsal etmək rolunu oynayır. Mitoxondrilərin olmaması isə bu canlının oksigenə ehtiyacı olmadığını göstərir. 
         Bu kəşf, təkcə Yerdəki həyat haqqında anlayışımızı dəyişdirmir, həm də yerdən kənar canlıların axtarışına əhəmiyyətli dəstək verir. Yerdəki həyat 1.45 milyard il əvvəl aerob tənəffüs edəcək şəkildə təkamül edib. Qırmızı qan hüceyrələri istisna olmaqla, bütün hüceyrələrimizdə mitoxondriya var. Bəzi canlılar oksigensiz nəfəs ala bilir, lakin bu canlılar tək hüceyrəlilər olaraq adlanır. 
         Təl-Əviv Universitetindən Dayana Yahalomi və onun komandasının tədqiq etdiyi "Henneguya salminicola" adlı quruluş, hüceyrənin içərisində oksigen olmadan yaşaya bilir. DNT analizi nəticəsində məlum olub ki, bu strukturlar təkcə mitoxondrilərini deyil, həm də əlaqəli bütün strukturları və genləri itirib. Bu kəşf sayəsində bu parazitə qarşı mübarizə üçün yeni üsullar hazırlana biləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çatlamalara qarşı 17 dəfə daha davamlı olan beton növü ixtira edilib!
    catlamalara-qarsi-17-defe-daha-davamli-beton-novu-ixtira-edilib
    MIT tədqiqatçıları, "gələcəkdəki özünüzlə" danışa biləcəyiniz süni intellekt hazırlayıb!
    mit-tedqiqatcilari-gelecekdeki-ozunuzle-danisa-bileceyiniz-suni-intellekt-hazirlayib
    Alimlər süni intellekt sayəsində Parkinson xəstəliyini bir neçə il öncədən müəyyən edə biliblər!
    suni-intellekt-sayesinde-parkinson-xesteliyi-bir-nece-il-evvelden-mueyyen-edile-bilinib
    Smartfonlar yuxuya təsir göstərirlərmi?
    smartfonlar-yuxuya-tesir-gosterirlermi
    İnsan böyrəkləri uzunmüddətli kosmik uçuşlara tab gətirə bilməzlər
    insan-boyrekleri-uzunmuddetli-kosmik-ucuslara-tab-getire-bilmezler