Alimlər qara dəlikləri smartfonlar vasitəsilə axtarmaq təklifini ediblər
Elm & Texnologiya
20.08.2024
Emil Nəcəfov
Əgər siz qara dəliklərin axtarışı həvəsindəsinizsə, lakin bunun üçün professional teleskopa sahib deyilsinizsə, bu problemdən çıxış yolu var. Belə ki, qara dəliklərin axtarışı üçün nəzərdə tutulmuş xüsusi mobil tətbiq hazırlanıb. Ondan istifadə edərək istənilən şəxs kainatın müşahidəsi prosesində alimlərə yardımçı ola bilər. Dutch Black Hole Consortium layihəsinin alimləri tərəfindən yaradılmış Black Hole Finder tətbiqi həm smartfonlarda həm də veb sayt şəklində aktivdir. Qeyd edilmiş qısa təlimatdan sonra istifadəçi Çilinin şimalında yerləşən BlackGEM adlı teleskop vasitəsilə əldə edilmiş fotoları müşahidə edə biləcək. Qeyd etmək lazımdır ki, sözügedən teleskop kilonova adlı kosmik partlayışların axtarışı ilə məşğuldur.
Kilonova qara dəlik ilə neytron ulduzunun toqquşması nəticəsində baş verir. Bu iki kosmik obyektin toqquşması nəticəsində qısamüddətli elektromaqnit şüalanması əmələ gəlir. Əmələ gələn elektromaqnit şüalanması bəzən ulduz kütləli qara dəliyin formalaşmasına da təkan verə bilir. Kilonova partlayışları adi nova partlayışlarından 1000 dəfə daha parlaq olsalar da, onlar supernova partlayışlarının parlaqlıqlarının 1/10-1/100 hissəsinə sahibdirlər. Kilonovaların çox qısa müddət ərzində mövcud olmalarını nəzərə alsaq, bu, onların aşkar edilməsində çətinliklər yaradır. Dəqiq şəkildə təyin edilmiş hər bir kilonova alimlərə yenicə formalaşmış qara dəliyin yerləşdiyi yerin müşahidəsi imkanını verir.
Lakin nəzərə alsaq ki, Dutch Black Hole Consortium layihəsində 40 nəfər alim iştirak edir və analiz edilməli olan minlərlə foto var, onlar kilonovaların axtarışı prosesinə adi insanları cəlb etməyi qərara alıblar. Teleskop vasitəsilə əldə edilmiş fotoların bəziləri əsl partlayış mənbələrini sərgilədikləri halda, bəziləri isə saxta mənbələri əks etdirirlər. Süni zəka filtrinin saxta partlayış mənbələrini əsl mənbələrdən ayıra bildiyinə baxmayaraq filtr bütün saxta mənbələri əhatə edə bilmir. Alimlərin sözlərinə əsasən insanlar hələ də bu mövzuda qanunauyğunluqları süni zəkadan daha yaxşı təyin edirlər.
İstənilən şəxs öz növbəsində mobil tətbiqdən istifadə edərək süni zəka alqoritmini əsl partlayış mənbələrini saxta mənbələrdən ayıra bilməkdə təlimatlandıra bilər. Mobil tətbiqi yükləyib ona daxil olandan sonra istifadəçiyə 3 ədəd ağ-qara foto təqdim edilir. Birinci foto teleskop tərəfindən əldə edilmiş yeni foto, ikinci foto birinci fotonun əhatə etdiyi kosmik sahəni əks etdirən foto, üçüncü foto isə ilk iki foto arasındakı fərqi əks etdirən üst-üstə yerləşdirilmiş fotodur. Əsl kilonova mənbəyi bir sıra açar detallarla xarakterizə olunur. İlk növbədə onlar dairəvi və olduqca ağ rənglidirlər. Onların diametrləri isə təqribi olaraq 5-10 piksel təşkil edir.
Yeni və istinad fotoları müqayisə edən zaman hər bir kilonovanın parlaqlığı hər bir fotoda fərqlənə bilər. Məsələn partlayış mənbəsinin parlaqlığı aşağı düşə və ya daha yüksək ola, tamamilə yoxa çıxa və yenidən görünə bilər. Saxta partlayış mənbələrini aşkar etmək elə də çətin deyil. Onlar kilonovalar kimi dairəvi formaya sahib deyillər və 5-10 piksel diametr diapazonuna daxil olmurlar. Bununla yanaşı saxta mənbələr adətən bir qədər uzunsov və ya təhrif edilmiş görünürlər. Hər bir fotonun analizindən sonra istifadəçilər potensial kilonovanın əsl və ya saxta olduğunu təyin edə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qalaktikamızın mərkəzində nadir tapılan yeni qara dəlik kəşf edilib!
Qalaktikamızın mərkəzində nadir tapılan yeni qara dəlik kəşf edilib!
Qalaktikamızın mərkəzində kainatdakı ən nadir qara dəlik növlərindən biri olan yeni ara kütləli qara dəlik aşkar edilib. Yeni kəşf edilən qara dəliyin təfərrüatları bunlardır...
Super kütləli qara dəliklərin ən qədim birləşmələri hadisəsi kəşf edilib
Super kütləli qara dəliklərin ən qədim birləşmələri hadisəsi kəşf edilib
The Monthly Notices of the Royal Astronomical Society adlı jurnalda dərc edilmiş elmi məqaləyə əsasən alimlər indiyənə kimi olmuş kosmik müşahidələr arasında super kütləli qara dəliklərin ən qədim birləşmələrini aşkar ediblər.
NASA, qara dəlikdə səyahət etməyin necə olduğunu göstərən bir video yayımlayıb!
NASA, qara dəlikdə səyahət etməyin necə olduğunu göstərən bir video yayımlayıb!
Hər qalaktikanın mərkəzində superkütləvi qara dəlik var. Hətta işığın belə bu cazibə qüvvəsindən qaça bilməyəcəyi bir qara dəliyə düşsək nə olar? Qara dəliklərin cazibəsinə görə yoxa çıxmadığımız bir ssenaridə nə görərdik? NASA bu sualların cavabını çox möhtəşəm bir video ilə vizuallaşdırıb.
Süd yolu qalaktikasının ən böyük qara dəliyi aşkar edilib!
Süd yolu qalaktikasının ən böyük qara dəliyi aşkar edilib!
Avropa Kosmik Agentliyinin (ESA) Gaia missiyası Süd Yolu qalaktikasında Gaia BH3 adlı nəhəng qara dəlik aşkar edib.
İlk qara dəliklər ulduzlardan formalaşmamış ola bilərlər
İlk qara dəliklər ulduzlardan formalaşmamış ola bilərlər
İlk ulduzlar ilə qara dəliklər mövzusunda əsas problem toyuq ilə yumurta probleminə bənzəyir. Yəni ilk olaraq hansı formalaşıb?
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!