main-post-cover

    Yeni veb axtarış üsulu Google biznesi üçün təhlükə mənbəyinə çevrilib

    Tech-Biznes
    02.12.2024
    Emil Nəcəfov
         İnternetdə ənənəvi axtarış üsulu artıq yaşlı nəslin istifadə etdiyi bir özəlliyə çevrilir. Bu isə öz növbəsində Google şirkətinin əsas biznesinə böyük təhlükə yaradır. Şirkət veb axtarış və onunla birlikdə rəqəmsal reklam sahəsindəki dominant mövqeyini itirmə riski ilə qarşı-qarşıya durur. Şirkətin vəziyyəti üçün təhlükə mənbəyi qismində çıxış edən faktorlar sayca o qədər çox və bir-biriləri ilə o qədər bağlıdırlar ki, ABŞ Ədliyyə Nazirliyinin, şirkətin hissələrə ayrılması tələbi mövcud problemlərdən ən kiçiyi ola bilər. Google şirkətinin əsas hesab etdiyi axtarış biznesi təhlükə altındadır. Məsələ burasındadır ki, insanlar məlumatların axtarışı mövzusunda daha çox süni zəka sistemlərinə müraciət edirlər.
         Bununla belə süni zəka vasitəsilə tərtib edilən materiallara sahib saytların artması səbəbilə Google Search-dəki axtarış nəticələrinin keyfiyyətləri daimi şəkildə aşağı düşür. Bu tendensiya şirkətin axtarış trafikinin və onunla əlaqəli olan külli miqdarda gəlirin uzunmüddətli şəkildə aşağı düşməsinə səbəb ola bilər. Şirkətin hal-hazırda pilotsuz taksi servisi Waymo kimi mənfəətsiz layihələri məhz belə gəlirlərin hesabına hələ də həyatda qala bilirlər. Şirkətin ilk qarşılaşmış olduğu təhlükə real və aydındır. Əgər istifadəçi nəsə almaq və ya hansısa məhsul barəsində internetdə məlumat əldə etmək istəyirsə, şirkətin rəqiblərinə üz tutur. Bu isə reklam gəlirlərinin də şirkətdən getməsi deməkdir.
         Proqnoza əsasən Google şirkətinin ABŞ-dakı axtarış reklamı bazarında olan payı artıq 2025-ci ildə tarixdə ilk dəfə 50%-dən aşağı düşə bilər. Məsələn Amazon-da hansısa məhsulun axtarışı üçün insanlar daha ilk növbədə Google Search-ə müraciət etmirlər. TikTok-un ABŞ rəqəmsal reklamlar bazarındakı pay göstəricisi cəmi 4% təşkil edir. Lakin qısa videolar xidmətində potensial irəliləmə tendensiyası var. TikTok-un öz məlumatına əsasən tətbiqin işə salınmasından sonrakı ilk 30 saniyədə istifadəçilərin 23%-i tətbiqdəki axtarış bölməsinə keçid edirlər. Tətbiqin bu bölməsi hər gün 3 milyard sorğunu emal edir. Google üçün ikinci böyük təhlükə ənənəvi axtarış xidmətləri kimi fəaliyyət göstərməyərək sadəcə suallara cavablar verən sistemlərdir.
         OpenAI şirkəti artıq özünün ChatGPT çat-botunun tərkibinə axtarış sistemini əlavə edib. Bir neçə müddət bundan öncə isə məlumat ortaya çıxdı ki, Meta şirkəti də süni zəka əsasında çalışacaq axtarış sistemi üzərində çalışır. Süni zəka əsaslı çat-botlar artıq daha əlçatandır. Microsoft Apple şirkətləri onları öz əməliyyat sistemlərinə inteqrasiya edirlər. Analitiklər bu vəziyyəti elektron kommersiya iştirakçılarının ənənəvi hipermarketləri sıxışdırıb çıxarmaları halına bənzədirlər. Google üçün olan üçüncü xoşagəlməz tendensiya isə veb saytların məhz onun tərəfindən formalaşdırılmış ekosistemlərinin inkişafdan geri qalmalarıdır. Şirkət özü bu ekosistemləri formalaşdırıb və onlardan asılıdır.
         Süni zəka tərəfindən tərtib olunan materiallar səbəbilə axtarış nəticələrinin keyfiyyətləri aşağı düşür. Şirkətin atdığı addım ondan ibarətdir ki, Google Search-ün axtarış nəticələrində süni zəka tərəfindən tərtib edilmiş qısa məzmunlar olur. Həmin məzmunlar istifadəçilərin sayt linklərinə daxil olmaları ehtiyacını aradan qaldırır. Bu isə öz növbəsində internet trafikinin aşağı düşməsinə gətirib çıxarır. Yəni başqa sözlə desək, Google müəyyən mənada özü üçün quyu qazıb. İnternet Google şirkətinin trafiki təmin edən əsas iştirakçılardan biri olduğu bir ekosistemdir. Trafik nə qədər böyükdürsə əldə olunan gəlir də bir o qədər böyük olur. Trafiksiz Google alqoritmlərinə maraqlı olacaq yeni saytların istifadəyə verilməsi resursları və stimulları da aşağı düşəcək. Bu prosesə artıq start verilib.
         Google hər rüb gəlirlərinin artması barəsində hesabatı təqdim edir. Lakin istifadəçilərin axtarış nəticələrində ortaya çıxan reklamlara klikləmələri sürəti il ərzində 8% aşağı düşüb. Çox güman ki, bunun əsas səbəbi süni zəka tərəfindən tərtib olunan qısa məzmunların axtarış nəticələrində sərgilənməsindədir. Həmin qısa məzmunlar səbəbilə istifadəçilər sayt linklərinə daxil olmamaqdan əlavə olaraq hətta axtarış nəticələrinin sərgiləndiyi səhifəni sona qədər sürüşdürmürlər. Bu mexanizm tam şəkildə işə düşəndən sonra Google axtarış sistemindəki bu dəyişikliklər sayt sahiblərinə itirilmiş 2 milyard dollar gəlirə başa gələcək. Lakin mütəxəssislərin fikirlərinə əsasən hadisələrin belə sürətlə cərəyan edəcəklərini də gözləmək lazım deyil. İnsanlar müəyyən davranışlarını dəyişməmə özəlliyinə sahibdirlər. Süni zəka isə Google axtarış sistemindən daha üstün səviyyəni və keyfiyyəti sərgiləməyənə kimi insanlar ənənəvi sistemdən istifadə etməyə davam edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google yeni Android smartfona keçidi sadələşdirəcək
    google-yeni-android-smartfona-kecidi-sadelesdirecek
    Google planşet istehsalından imtina etmiş ola bilər
    google-planset-istehsalindan-imtina-etmis-ola-biler
    Android fırıldaqçı zəngləri sizin əvəzinizə cavablayacaq!
    android-firildaqci-zengleri-sizin-evezinize-cavablayacaq
    Google Android vasitəsilə çalışacaq Pixel noutbuku hazırlayır
    google-android-vasitesile-calisacaq-pixel-noutbuku-hazirlayir
    Android 16-nın tərtibatçılar üçün ilk beta testi təqdim edilib
    android-16-nin-tertibatcilar-ucun-ilk-beta-testi-teqdim-edilib