Google yeni Android smartfona keçidi sadələşdirəcək
Proqram Təminatı
22.11.2024
Emil Nəcəfov
Google şirkəti Android cihazlar üçün nəzərdə tutulmuş Restore Credentials adlı yeni funksiyanı təqdim edib. Bu funksiya istifadəçi üçün yeni Android smartfona keçid prosesini sadələşdirir. Bundan sonra istifadəçi yeni smartfona keçid edən zaman hər bir tətbiqə fərdi şəkildə daxil olmağa ehtiyac duymayacaq. İstifadəçi tətbiqə daxil olan zaman onun smartfonu bərpa açarını yaddaşında saxlayır. İstifadəçinin kimliyi məhz bərpa açarı vasitəsilə təyin edilir.
Bu bərpa açarı şifrələnərək lokal şəkildə smartfonda saxlanılır. Bulud ehtiyat kopyası imkanının aktiv olduğu halda bərpa açarı istifadəçinin Google hesabı ilə sinxronlaşdırılır. Beləliklə istifadəçi yeni smartfona keçid edən zaman onun məlumatları və bərpa açarı avtomatik şəkildə bulud yaddaşdan yeni smartfona yüklənir. Nəticədə yeni smartfonda istifadəçi tətbiqə daxil olan zaman tətbiq öz bərpa açarını əldə edir və avtomatik şəkildə istifadəçinin tətbiqdəki hesabına daxil olur. Lakin bu imkandan faydalanmaq üçün ilk növbədə tərtibatçılar bərpa açarı dəstəyini öz tətbiqlərinə əlavə etməlidirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google planşet istehsalından imtina etmiş ola bilər
Google planşet istehsalından imtina etmiş ola bilər
Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Google şirkəti artıq aktiv şəkildə Pixel Tablet 2 planşeti üzərində çalışır. Ortaya çıxmış yeni məlumata əsasən hazırlanan bu planşet Google şirkətinin son planşeti ola bilər.
Android fırıldaqçı zəngləri sizin əvəzinizə cavablayacaq!
Android fırıldaqçı zəngləri sizin əvəzinizə cavablayacaq!
Google telefon fırıldaqçılığına qarşı mübarizəsində mühüm bir addım atmağa hazırlaşır. Google Telefon tətbiqinin beta versiyasında aşkar edilmiş yeni kodlar, fırıldaqçılıq haqqında hesabat sistemində əhəmiyyətli təkmilləşmədən xəbər verir.
Google Android vasitəsilə çalışacaq Pixel noutbuku hazırlayır
Google Android vasitəsilə çalışacaq Pixel noutbuku hazırlayır
Android Headlines saytının vermiş olduğu məlumata əsasən Google şirkəti Pixel brendi altında noutbukun hazırlanması prosesinə start verib və bunun üçün şirkət daxilində ayrıca komandanı formalaşdırıb.
Android 16-nın tərtibatçılar üçün ilk beta testi təqdim edilib
Android 16-nın tərtibatçılar üçün ilk beta testi təqdim edilib
Android 15-in hələ bütün cihazlarda aktiv olmamasına baxmayaraq Google şirkəti gələn il istifadəyə veriləcək Android 16-nın tərtibatçılar və testçilər üçün nəzərdə tutulmuş ilkin versiyasını təqdim edib.
Google şirkəti ChromeOS ilə Android-i birləşdirməyi planlaşdırır
Google şirkəti ChromeOS ilə Android-i birləşdirməyi planlaşdırır
Verilmiş yeni məlumata əsasən Google şirkəti ChromeOS ilə Android-in birləşdirilməsi üzərində çalışır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib