main-post-cover

    OpenAI yeni investisiyalar ilə yanaşı 5 milyard dollarlıq kredit əldə etməyi planlaşdırır

    Tech-Biznes
    12.09.2024
    Emil Nəcəfov
         Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən OpenAI şirkəti yeni investisiyalar cəlb etmək niyyətindədir. Ortaya çıxmış yeni məlumata əsasən isə şirkət yeni investisiyalardan əlavə olaraq bərpaolunan kredit şəklində 5 milyard dollar həcmində kredit götürməyi də nəzərdə tutub. Şirkətlər adətən bu cür addımları IPO-ya hazırlıq çərçivəsində atırlar. Bloomberg bildirib ki, OpenAI 6.5 milyard dollar həcmində investisiya cəlb etməyi və 5 milyard dollar həcmində kredit götürməyi planlaşdırır.
         Bu halda şirkətin bazar dəyəri 150 milyard dollara yüksələ bilər. Şirkətin kreditorları qismində isə banklar çıxış edəcəklər Bu hallarda şirkət üçün bərpaolunan kredit xətti bankların özəl müştəriləri üçün nəzərdə tutulmuş kredit xəttinin analoqudur. Bununla belə şirkət yeni kreditin əldə edilməsi üçün cari kredit borcunu tam şəkildə bağlamağa məcbur qalmayacaq. Bir çox şirkət zamanında IPO-dan öncə pul vəsaitlərinin əldə edilməsi üçün bərpaolunan kreditdən istifadə edib. Bu cür şirkətlərin arasında Meta, Alibaba Group, Uber Technologies DoorDash kimi şirkətlər var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI yeni süni zəka sistemini növbəti 2 həftə ərzində istifadəyə verə bilər
    openai-yeni-suni-zeka-sistemini-novbeti-2-hefte-erzinde-istifadeye-vere-biler
    Tələbələrin hətta özlərini tanıtmaq üçün də ChatGPT-dən istifadə etdikləri ortaya çıxıb!
    telebelerin-hetta-ozlerini-tanitmaq-ucun-de-chatgpt-den-istifade-etdikleri-ortaya-cixib
    OpenAI tərəfindən hazırlanan yeni ChatGPT Next-in abunəlik haqqı 2000 dollara ola bilər!
    openai-terefinden-hazirlanan-yeni-chatgpt-next-in-abunelik-haqqi-2000-dollara-ola-biler
    ChatGPT-ə it səsi də daxil olmaqla 8 yeni səs əlavə olunur!
    chatgpt-e-it-sesi-de-daxil-8-yeni-ses-elave-olunur
    OpenAI şirkəti TSMC vasitəsilə 1.6 nanometrlik süni zəka çiplərini əldə edə bilər
    openai-sirketi-tsmc-vasitesile-16-nanometrlik-suni-zeka-ciplerini-elde-ede-biler