main-post-cover

    Araşdırmalara görə, elektrikli avtomobil batareyaları 15 il əvvəlkindən 90% daha ucuzdur!

    Tech-Biznes
    13.08.2024
    Farid Pardashunas

         Litium-ion batareya paketinin istehsal dəyəri 2008-ci ildə kVt/saat üçün təxminən 1415 dollar olduğu halda, 2023-cü ildə bu dəyər 139 dollara düşüb.   

         ABŞ Energetika Nazirliyinin Nəqliyyat Texnologiyaları Ofisi tərəfindən aparılan araşdırmalara görə, 2008-2023-cü illər arasında elektrik avtomobil akkumulyatorlarının istehsal dəyəri 90% azalıb. Bu, istehsalçılara daxili yanma mühərrikli avtomobillərlə elektrikli avtomobillər arasında qiymət fərqini azaltmağa imkan verir. Araşdırmalara görə, litium-ion batareya paketinin istehsal dəyəri 2008-ci ildə 1 kVt/saat üçün 1415 dollar olub, 2023-cü ildə isə bu dəyər 139 dollara düşüb. Buna akkumulyator texnologiyalarının və kimyasının təkmilləşdirilməsi, yeni istehsal proseslərinin inkişafı və istehsal həcminin nəzərəçarpacaq dərəcədə artması böyük təsir göstərir.
         Sözügedən hesabat, ildə ən azı 100 min ədəd istehsal həcmi olan minik və yüngül ticarət avtomobillərini əhatə edir. Təbii ki, 15 illik inflyasiya nəzərə alındıqda fərq o qədər də böyük deyil. 2008-ci ildəki ilkin qiymət, cari dollar dəyərinə görə qiymətləndirildikdə 1000 dollara qədər düşür. Buna baxmayaraq, fərqin təsir edici olduğunu söyləmək olar. Avtomobil istehsalçıları, akkumulyator qiymətlərindəki azalmanın növbəti bir neçə il ərzində də davam edəcəyini gözləyirlər. Gartner bazar təhlili firmasının fikrincə, 2027-ci ilə qədər elektrik avtomobillərinin istehsalının dəyəri daxili yanma ilə işləyən avtomobillərdən daha az olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni növ batareya ilə elektrikli avtomobillər 10 dəqiqədə şarj oluna biləcək!
    yeni-nov-batareya-ile-elektrikli-avtomobiller-10-deqiqede-sarj-oluna-bilecek
    Elektriklə işləyən avtomobillər, ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin ediblər!
    elektrikle-isleyen-avtomobiller-ilk-defe-olaraq-elektrik-sebekesini-kesinti-zamani-enerji-ile-temin-edibler
    Elektikli avtomobil istifadəçiləri, benzinlə işləyən avtomobillərə geri qayıtmağa hazırlaşır!
    elektikli-avtomobil-istifadecileri-benzinle-isleyen-avtomobillere-geri-qayitmaga-hazirlasir
    İflas etmiş Fisker markası, əldə qalan bütün elektrikli avtomobilləri ucuz qiymətə satmağa hazırlaşır!
    iflas-etmis-fisker-markasi-elde-qalan-butun-elektrikli-avtomobilleri-ucuz-qiymete-satmaga-hazirlasir
    Daxili yanma mühərrikli avtomobillər tarixə qovuşur!
    daxili-yanma-muherrikli-avtomobiller-tarixe-qovusur