Daxili yanma mühərrikli avtomobillər tarixə qovuşur!
Nəqliyyat
28.06.2024
Farid Pardashunas
Son statiskalara əsasən elektrikli avtomobillərə tələbat artarkən daxili yanma mühərrikli avtomobillərin satış miqdarı da bir o qədər azalmağa başlayıb. Bəs bu yarışı hansı növ avtomobillər qazanacaq?
Bir çox sürücülər, şarj stansiyalarının və kifayət qədər məsafənin olmaması səbəbindən elektriklə işləyən avtomobillərə keçməkdə tərəddüd edir. Tesla uzun müddətdir bu sahədə liderdir, lakin bu il yeni və yenilənmiş modelləri ilə seçilmək əvəzinə süni intellekt və robot texnologiyalarına diqqət yetirir. Qlobal daxili yanma mühərrikli avtomobil satışları sonuncu dəfə 2017-ci ildə zirvəyə çadıb və o vaxtdan bəri davamlı olaraq azalmağa davam edir. BloombergNEF-in (BNEF) son Elektrikli Vasitələrə Baxış hesabatına görə, dünya yollarında daxili yanma mühərrikli avtomobillərin ümumi parklanma sayı 2025-ci ildə zirvəyə çatacaq.
2027-ci ilə qədər avtomobil nəqliyyatı üçün neftə tələbat da son həddə çatacaq və bu ildən etibarən plug-in (və hətta hidrogenlə işləyən) avtomobillər gündə 4 milyon barel neft istehlakını aradan qaldıracaq. Bu, təxminən Yaponiyanın illik neft istehlakına bərabərdir. Daxili yanma mühərrikli avtomobillərin satışları azalarkən, elektriklə işləyən avtomobillərin satışları sürətlə artır. 2023-cü ildə dünya üzrə təxminən 14 milyon elektrik və plug-in hibrid avtomobil satılıb ki, bu da ümumi minik avtomobili satışlarının 18%-i təşkil edir. Bu, 2022-ci illə müqayisədə 3.5 milyonluq artım və 35% böyümə deməkdir.
Daha geniş nöqteyi-nəzərdən elektrik avtomobillərinin illik satışları son 10 ildə 2000% artıb. ABŞ, EV-lərin qəbulunda geridə qalsa da, daxili yanma avtomobillərinin bazar payı 2023-cü ildə ən aşağı səviyyəyə (84%) düşüb. Bu arada, hibrid, plug-in hibrid və tam elektriklə işləyən avtomobillərin satışları bütün zamanların ən yüksək səviyyəsinə (16%) çatıb. Çin isə aqressiv sənaye siyasəti və gərgin rəqabət sayəsində elektrikli nəqliyyat vasitələrinin bazar payının 50%-ə çatmasını təmin edib.
Elektrikli avtomobil satışlarının uzun müddətdə artmağa davam edəcəyi proqnozlaşdırılır. BNEF-in məlumatına görə, 2027-ci ilə qədər plug-in avtomobil satışları 2 dəfə artaraq 30.2 milyona çatacaq. 2030-cu ildə bu rəqəm 42 milyon, 2040-cı ildə isə 73 milyona çatacaq. Hökumətin siyasəti və təşviqləri EV keçidində mühüm rol oynamağa davam edəcək. Bundan əlavə, daha az EV istehsalı və satınalma xərcləri daha çox alıcı cəlb edə bilər.
Linki kopyala
internal combustion engine
plug-in hybrid
hybrid
hybrid cars
plug-in hybrid cars
internal combustion engine cars
electric cars
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elektrikli avtomobillər, mis hasilatını əhəmiyyətli dərəcədə artıracaq!
Elektrikli avtomobillər, mis hasilatını əhəmiyyətli dərəcədə artıracaq!
Yollarda elektriklə işləyən avtomobillərin sayı artdıqca, bu avtomobillər üçün tələb olunan xammala olan tələbat da artır. Buna görə də mis hasilatının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Həm elektrikli avtomobil akkumulyatorlarının ömrünü uzadacaq, həm də daha sürətli şarj etməyə imkan verəcək texnologiya hazırlanıb!
Həm elektrikli avtomobil akkumulyatorlarının ömrünü uzadacaq, həm də daha sürətli şarj etməyə imkan verəcək texnologiya hazırlanıb!
Elektrikli avtomobillərin və digər cihazların akkumulyatorlarını daha tez doldura bilən və daha uzun ömürlü olan kondensator hazırlanıb. Yeni kondensatorun enerji sıxlığının bu gün istifadə olunanlardan 19 qat daha çox olduğu bildirilir.
Çin dünyanın elektromobil istehsalı mərkəzinə çevrilib
Çin dünyanın elektromobil istehsalı mərkəzinə çevrilib
Baş tutmuş Global EV Outlook 2024 adlı konfrans çərçivəsində təqdim edilmiş məlumata əsasən 2023-cü ilin sonunda bütün dünyada satılmış elektromobillərin hamısı Çində istehsal edilib.
Elektromobillər digər avtomobillərlə müqayisədə daha tez dəyər itirirlər
Elektromobillər digər avtomobillərlə müqayisədə daha tez dəyər itirirlər
Avtomobillərin satışları üçün nəzərdə tutulmuş Auto Trader adlı platformanın aparmış olduğu tədqiqat nəticəsində məlum olub ki, elektromobillər ikinci əl avtomobil bazarında digər avtomobillər ilə müqayisədə daha tez dəyər itirirlər.
Elektromobillər nə dərəcədə etibarlıdır?
Elektromobillər nə dərəcədə etibarlıdır?
ABŞ-ın Consumer Reports adlı jurnalı elektromobillərin bəyan edildiyi kimi ənənəvi avtomobillərdən daha etibarlı olub-olmadıqlarını yoxlamaq üçün son 23 il ərzində 330 000 avtomobil sahibindən müxtəlif məlumatları yığıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!