main-post-cover

    Antimonopoliya orqanları Microsoft-un OpenAI-ya olmuş investisiyalarını araşdırmağa başlayıblar

    Tech-Biznes
    11.12.2023
    Emil Nəcəfov
         Microsoft-un OpenAI şirkətinə 13 milyard dollar həcmində olan investisiyası ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) və Böyük Britaniyanın Rəqabət və Bazarların İdarəsi Agentliyi (CMA) kimi antimonopoliya orqanlarının diqqətlərini çəkib. Adları sadalanmış bu antimonopoliya orqanlarını maraqlandıran əsas məsələ Microsoft-un OpenAI şirkətinə yatırdığı investisiyaların antimonopoliya qanunlarını pozub-pozmadıqlarıdır. CMA bu məsələ ilə bağlı ilkin analizinə artıq start verib. Bu üsul ilə antimonopoliya orqanı Microsoft ilə OpenAI arasındakı əməkdaşlığın Böyük Britaniyada rəqabətə zərər yetirib-yetirmədiyini öyrənmək istəyir.
         Antimonopoliya orqanı əsasən Microsoft tərəfindən OpenAI üzərində ola biləcək idarə ehtimalını analiz edir. Bundan əlavə olaraq bu məsələ həmçinin bir neçə müddət bundan öncə Sam Altman-ın OpenAI şirkətindən ayrılması və daha sonra geri qayıtması hadisəsi səbəbilə daha da qəlizləşir. OpenAI şirkətinin direktorlar şurasında müşahidəçi statusuna sahib Microsoft-un bu hadisədə rolu diqqət çəkir. OpenAI şirkəti daxilində qərarların qəbul edilməsi prosesində səsvermə hüququna sahib olmayan Microsoft-un Altman-ın yenidən şirkətə geri qayıtmasında ciddi rol oynadığı istisna edilmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ChatGPT istifadəçilərin tapşırıqlarını tam yerinə yetirməkdən imtina edir
    chatgpt-istifadecilerin-tapsiriqlarini-tam-yerine-yetirmekden-imtina-edir
    Microsoft görmə qabiliyyəti zəif istifadəçilər üçün olan tətbiqinin Android versiyasını istifadəyə verib
    microsoft-gorme-qabiliyyeti-zeif-istifadeciler-ucun-olan-tetbiqinin-android-versiyasini-istifadeye-verib
    Bing axtarış sisteminə Deep Search adlı yeni süni zəka funksiyası əlavə edilib
    bing-axtaris-sistemine-deep-search-adli-yeni-suni-zeka-funksiyasi-elave-edilib
    Microsoft Copilot-a GPT-4 Turbo və DALL-E 3 sistemləri inteqrasiya edilib
    microsoft-copilot-a-gpt-4-turbo-ve-dall-e-3-sistemleri-inteqrasiya-edilib
    Windows 10 üçün təhlükəsizlik yenilənmələri ödənişli olacaq
    windows-10-ucun-tehlukesizlik-yenilenmeleri-odenisli-olacaq