Musiqilərin tərtibatı üçün nəzərdə tutulmuş Stable Audio 2.0 neyron şəbəkəsi təqdim edilib
Süni İntellekt
04.04.2024
Farid Pardashunas
Stability AI şirkəti Stable Audio 2.0 adlı yeni neyron şəbəkəsini təqdim edib. Bu neyron şəbəkə istifadəçilələrə öz audio faylları əsasında musiqilərin süni zəka vasitəsilə tərtibatı imkanını verir. Şirkətin sözlərinə əsasən Stable Audio-nun yeni versiyasının əsas fərqləndirici özəlliyi ondadır ki, o, ənənəvi musiqi strukturuna sahib mahnıları tərtib edə bilir. Yəni mahnının girişi, orta hissəsi və finalı. Stable Audio-nun ilk versiyası keçən ilin sentyabr ayında istifadəyə verilmişdi.
Birinci versiya ödənişli abunəliyə qoşulmuş istifadəçilərə 90 saniyəlik musiqilərin tərtibatı imkanını verirdi. Stable Audio 2.0 vasitəsilə ilə isə istifadəçilər 3 dəqiqəlik musiqiləri tərtib edə bilərlər. Stable Audio 2.0 tamamilə pulsuzdur və ondan Stability AI saytında və ya API üzərindən yararlanmaq olar. Şirkət bildirib ki, Stable Audio 2.0 neyron şəbəkəsi AudioSparx adlı musiqi kitabxanasındakı 800 000-dən çox mahnı əsasında təlimatlandırılıb. Bununla belə məlumata əsasən həmin mahnıların müəllifləri kontentlərin süni zəka təlimatlandırılmasında istifadəsinin qadağan edilməsi imkanına sahib olublar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Mətn formatında təsvirlərin tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion 3 neyron şəbəkəsi təqdim edilib
Mətn formatında təsvirlərin tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion 3 neyron şəbəkəsi təqdim edilib
Stability AI şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion adlı neyron şəbəkəsinin 3-cü versiyasını anons edib.
Stable Video Diffusion adlı yeni generativ süni zəka sistemi təqdim edilib (VİDEO)
Stable Video Diffusion adlı yeni generativ süni zəka sistemi təqdim edilib (VİDEO)
Stable Diffusion generativ süni zəka sistemini yaratmış Stability AI şirkəti Stable Video Diffusion adlı yeni generativ süni zəka sistemini təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!