Stable Video Diffusion adlı yeni generativ süni zəka sistemi təqdim edilib (VİDEO)
Süni İntellekt
22.11.2023
Emil Nəcəfov
Stable Diffusion generativ süni zəka sistemini yaratmış Stability AI şirkəti Stable Video Diffusion adlı yeni generativ süni zəka sistemini təqdim edib. Sözügedən sistem mətn formatında təsvirlər əsasında videoların tərtibatı üçün nəzərdə tutulub. Onun əsasında mətn formatında təsvirlər əsasında fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion modeli dayanır. Şirkət Stable Video Diffusion-un mənbə kodunu GitHub-da yerləşdirib. Stable Video Diffusion müxtəlif tapşırıqlar üçün rahat şəkildə adaptasiya ola bilir. Məsələn onu nümunə üçün nəzərdə tutulmuş bir foto əsasında videonun tərtibatına ayarlamaq olar.
Sözügedən generativ süni zəka sistemi fotonun videoya çevrilməsi istiqamətində iki versiyada təqdim olunub. SVD və SVD-XT. Hər iki versiya saniyədə 3 kadrdan 30 kadra kimi videolar tərtib edə bilir. SVD 14 kadrdan ibarət videonu, SVD-XT isə 25 kadrdan ibarət videonu tərtib edir. Hal hazırda Stable Diffusion Video hələ ki, hazırlanma mərhələsindədir və onun mövcud halı kommersiya məqsədli tətbiqlərin yaradılması üçün nəzərdə tutulmayıb. Hal hazırda bu sadəcə olaraq təcrübi bir layihədir. Şirkət gələcəkdə Stable Video Diffusion-un tam işlək versiyasını istifadəyə verməyi planlaşdırır.
Linki kopyala
artificial intelligence
stable video diffusion
stable diffusion
stability ai
generative artificial intelligence
suni zeka
suni intellekt
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka 2033-cü ilə qədər 4 günlük iş həftəsinə keçid imkanını verəcək
Süni zəka 2033-cü ilə qədər 4 günlük iş həftəsinə keçid imkanını verəcək
ChatGPT kimi süni zəka sistemlərinin inteqrasiyası 2033-cü ilə kimi ABŞ və Böyük Britaniyadakı işçilərin 28%-nin 4 günlük iş həftəsinə keçid etmələrinə imkan verə bilər.
Hava şəraitini 10 gün öncədən dəqiq proqnozlaşdıran süni zəka sistemi hazırlanıb
Hava şəraitini 10 gün öncədən dəqiq proqnozlaşdıran süni zəka sistemi hazırlanıb
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası 10 gün müddətinə ən dəqiq hava proqnozlarını tərtib etməyi bacaran süni zəka sistemini hazırlayıb.
OpenAI şirkəti GPT-5-in hazırlanmasına start verib
OpenAI şirkəti GPT-5-in hazırlanmasına start verib
OpenAI şirkətinin CEO-su Sam Altman-ın sözlərinə əsasən şirkət GPT-5 adlı süni zəka modelinin hazırlanmasına start verib.
Samsung Gauss adlı generativ süni zəka sistemini təqdim edib
Samsung Gauss adlı generativ süni zəka sistemini təqdim edib
Samsung şirkəti Gauss adlı generativ süni zəka sistemini təqdim edib.
Ümumi süni zəka nə zaman ortaya çıxacaq?
Ümumi süni zəka nə zaman ortaya çıxacaq?
Google şirkətinə məxsus olan və süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyasının həmtəsisçisi və aparıcı süni zəka mütəxəssislərindən biri olan Shane Legg artıq uzun illərdir ki, öz proqnozunu dəstəkləməkdə davam edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ