Çin yarım il ərzində ictimai istifadə üçün 40 ədəd süni zəka modelinə icazə lisenziyası verib
Süni İntellekt
31.01.2024
Emil Nəcəfov
Verilmiş məlumata əsasən Çinin tənzimləyici orqanları son 6 ay ərzində ictimai istifadə üçün nəzərdə tutulmuş 40 ədəd süni zəka modelinin işə salınmasına icazə veriblər. Bu, keçən ilin avqust ayında Pekinin yerli texnoloji şirkətlərdən süni zəka modellərinin işə salınması istiqamətində icazənin əldə edilməsini tələb etməyə başlamasından sonra baş verdi. Çinin Securities Times adlı dövlət qəzeti bildirib ki, Çinin tənzimləyici orqanları keçən həftə 14 ədəd böyük dil modelinin istifadəsi üçün lisenziyanı təqdim ediblər.
Lisenziyanı əldə etmiş şirkətlər arasında Xiaomi, 4Paradigm və 01.AI. adlı şirkətlər mövcuddur. Bu, keçən ilin avqust ayından indiyənə kimi olmuş dördüncü icazə sessiyasıdır. Daha öncə icazə lisenziyasını Çinin Baidu, Alibaba və ByteDance kimi böyük texnoloji şirkətləri əldə etmişdilər. Bu şirkətlər icazə lisenziyasını əldə etmiş ilk şirkətlərdən idilər. Bəzi məlumatlara əsasən dünyada olan bütün dil modellərinin 130-u məhz Çindədir. Bu isə bütün dil modellərinin 40%-ni təşkil edir. ABŞ-da isə bu göstərici 50% təşkil edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
ABŞ Federal Ticarət Komissiyası (FTC) süni zəka sahəsində fəaliyyət göstərən perspektivli startaplara milyardlarla dollar investisiya yatırmış böyük texnoloji şirkətlər barəsində istintaqa start verib.
Şimali Koreya süni zəkanı hərbi əməliyyatların planlaşdırılmasında istifadə edir
Şimali Koreya süni zəkanı hərbi əməliyyatların planlaşdırılmasında istifadə edir
Şimali Koreya aktiv şəkildə süni zəka tədqiqatlarını inkişaf etdirir və hərbi əməliyyatların modelləşdirilməsində machine learning texnologiyalarından istifadə edir.
Apple ən çox süni zəka startapı almış şirkətdir
Apple ən çox süni zəka startapı almış şirkətdir
Süni zəka sahəsində lider şirkətlər mövzusunda söhbət açılanda Apple şirkətinin digərlərindən geri qaldığını görmək olar.
Sam Altman süni zəka çiplərinin istehsalı üçün qlobal zavodlar şəbəkəsini yaratmağa hədəflənib
Sam Altman süni zəka çiplərinin istehsalı üçün qlobal zavodlar şəbəkəsini yaratmağa hədəflənib
OpenAI şirkətinin CEO-su Sam Altman süni zəka ehtiyacları yolunda çiplərin istehsalı ilə məşğul olacaq qlobal zavodlar şəbəkəsinin yaradılması üçün milyardlarla dollar investisiyaların cəlb olunması istiqamətində böyük investorlarla danışıqlar aparır.
Süni zəka insan əməyini tamamilə əvəz edə bilər
Süni zəka insan əməyini tamamilə əvəz edə bilər
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı laboratoriyasının həmtəsisçisi Mustafa Suleyman CNBC-yə müsahibəsində bildirib ki, uzun müddətli perspektivdə süni zəka insan əməyini tamamilə əvəz edə bilər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ