main-post-cover

    Fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion 3 Medium süni zəka sistemi təqdim edilib

    Süni İntellekt
    13.06.2024
    Emil Nəcəfov
         Stability AI şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion adlı süni zəka sisteminin yeni versiyasını təqdim edib. Yeni versiya Stable Diffusion 3 Medium adlanır. Stable Diffusion 3 Medium bu ilin fevral ayında anons edilmiş Stable Diffusion 3 ilə müqayisədə daha kompakt süni zəka sistemidir. Lakin bununla belə o, olduqca güclüdür və ilk növbədə istehlakçı videokartlarında çalışmaq üçün nəzərdə tutulub. Yəni faktiki olaraq bu, Stable Diffusion 3-ün bir qədər kiçildilmiş versiyasıdır. O, məhdud resurslara sahib istifadəçilərə və təşkilatlara maraqlı ola bilər. Stable Diffusion 3 Medium-u hələ ki, yalnız Discord üzərindən Stable Artisan adlı serverdə API vasitəsilə test etmək olar.
         Beləliklə Stable Diffusion 3 Medium-u təqdim edəndən sonra şirkət fevral ayında anons etmiş olduğu Stable Diffusion 3-ün adını Stable Diffusion 3 Large ilə əvəzləyib. Qeyd etmək lazımdır ki, Stable Diffusion 3 Large 8 milyard parametrə sahib olduğu halda Stable Diffusion 3 Medium yalnız 2 milyard parametrə sahibdir. Bununla belə Stable Diffusion 3 Medium istehlakçı videokartlarında rahat şəkildə çalışa bilir. Onun işə düşməsi üçün isə 5 GB-lıq VRAM-a sahib videokart kifayət edir. Daha öncəki Stable Diffusion versiyalarının işə düşmələri üçün NVIDIA-nın daha da təkmilləşdirilmiş qrafik prosessorlarına ehtiyac duyulur. Öz nisbətən kiçik sistem tələblərinə baxmayaraq Stable Diffusion 3 Medium modeli Stable Diffusion 3 Large modeli ilə müqayisə edilə biləcək geniş imkanları təqdim edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çəkdiyi fotoşəkilləri dərhal süni intellekt şəklinə çevirən kamera hazırlanıb! (VİDEO)
    cekdiyi-fotosekilleri-derhal-suni-intellekt-sekline-ceviren-kamera-hazirlanib-video
    Sony Pictures film və serialların hazırlanmasında süni zəkadan istifadə edəcək
    sony-pictures-film-ve-seriallarin-hazirlanmasinda-suni-zekadan-istifade-edecek
    ChatGPT müxtəlif səsləri imitasiya etməyi öyrənib (VİDEO)
    chatgpt-muxtelif-sesleri-imitasiya-etmeyi-oyrenib-video
    Keçmiş OpenAI əməkdaşları şirkətin fəaliyyətini insanlıq üçün təhlükəli hesab edirlər
    kecmis-openai-emekdaslari-sirketin-fealiyyetini-insanliq-ucun-tehlukeli-hesab-edirler
    Intel süni zəka vasitəsilə foto tərtibatı tətbiqini təqdim edib (VİDEO)
    intel-suni-zeka-vasitesile-foto-tertibati-tetbiqini-teqdim-edib-video