main-post-cover

    Çəkdiyi fotoşəkilləri dərhal süni intellekt şəklinə çevirən kamera hazırlanıb! (VİDEO)

    Süni İntellekt
    10.06.2024
    Farid Pardashunas

         Bir Reddit istifadəçisi, real dünyada çəkilmiş fotoşəkilləri tez bir zamanda süni intellekt şəkillərinə çevirə bilən kamera hazırlayıb.

         “theleastvildr” adlı bir Reddit istifadəçisi, yaxın zamanlarda paylaşdığı bir videoda çəkdiyi fotoları süni intellekt şəklinə çevirən bir kamera hazırladığını göstərib. Kamera, şəkilləri çevirmək üçün OpenAI-nin render modeli olan DALL-E-dən istifadə edir.
    View post on X
         Öz üslubu haqqında danışan istifadəçi, fotonun uzun təsvirlərini yaradan Astica adlı API-dən istifadə etdiyini və daha sonra bu təsvirlərin DALL-E-yə ötürüldüyünü bildirib. O, bütün bunların hamısını kameraya inteqrasiya edərək bu cihazı yaratdığını deyib. Digər istifadəçilər kameranı bəyənsələr də, bəzi təkliflər edənlərdə də olub. Məsələn, bir istifadəçi Midjourney kimi mətndən təsvir hazırlayan modeldən istifadə etməyini tövsiyə edib. Bildirilib ki, bu yolla daha real nəticələr əldə etmək olar. Yenə də deyə bilərik ki, hətta onun indiki vəziyyəti də kifayət qədər təsir edicidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sony Pictures film və serialların hazırlanmasında süni zəkadan istifadə edəcək
    sony-pictures-film-ve-seriallarin-hazirlanmasinda-suni-zekadan-istifade-edecek
    ChatGPT müxtəlif səsləri imitasiya etməyi öyrənib (VİDEO)
    chatgpt-muxtelif-sesleri-imitasiya-etmeyi-oyrenib-video
    Keçmiş OpenAI əməkdaşları şirkətin fəaliyyətini insanlıq üçün təhlükəli hesab edirlər
    kecmis-openai-emekdaslari-sirketin-fealiyyetini-insanliq-ucun-tehlukeli-hesab-edirler
    Intel süni zəka vasitəsilə foto tərtibatı tətbiqini təqdim edib (VİDEO)
    intel-suni-zeka-vasitesile-foto-tertibati-tetbiqini-teqdim-edib-video
    Apple-dan sonra Oppo da öz telefonlarına süni intellekt əlavə edəcək!
    apple-dan-sonra-oppo-da-oz-telefonlarina-suni-intellekt-elave-edecek