main-post-cover

    Microsoft fotoları canalndıra bilən yeni süni zəka modelini təqdim edib

    Süni İntellekt
    18.04.2024
    Farid Pardashunas
         Microsoft şirkəti VASA-1 adlı yeni süni zəka modelini təqdim edib. Bu yeni süni zəka modeli hər hansısa şəxsin bir fotosu əsasında keyfiyyətli video tərtib edə və audio fayl vasitəsilə realistik mimikanı sərgiləməklə hər hansısa şəxsin fotosunu canlandıra bilər. VASA-1 təkcə dodaq hərəkətləri ilə mətni deyil, həmçinin baş vəziyyəti ilə hərəkətlərini də sinxronlaşdıra bilir. Bunun üçün istifadəçi hətta ayarlarda şəxsin gözlərinin hansı istiqamətə yönəldiyini və onun hansı emosional vəziyyətdə olduğunu qeyd edə bilər. VASA-1 real zaman ərzində saniyədə 40 kadr sürətlə 512x512 piksel keyfiyyətli videolar tərtib edə bilir. Bu cür göstəriciyə NVIDIA GeForce RTX 4090 videokartına sahib kompüterdə nail olmaq mümkün olub. Microsoft VASA-1-in online demo versiyasını və ya API-nı təqdim etməyi hələ planlaşdırmır.
    Microsoft VASA-1
    Microsoft VASA-1
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hindistanın 25 illik strateji planı süni zəkanın istifadəsi ilə tərtib edilib
    hindistanin-25-illik-strateji-plani-suni-zekanin-istifadesi-ile-tertib-edilib
    Google süni zəka inkişafına 100 milyard dollar yatıracaq
    google-suni-zeka-inkisafina-100-milyard-dollar-yatiracaq
    Windows 11-in xaricini görünüşünü ayarlamağa imkan verən tətbiqlər Microsoft tərəfindən qadağan olunur
    windows-11-in-xaricini-gorunusunu-ayarlamaga-imkan-veren-tetbiqler-microsoft-terefinden-qadagan-olunur
    Elon Musk süni zəkanın insanlara qarşı çıxması ehtimalının nə qədər yüksək olduğunu səsləndirib
    elon-musk-suni-zekanin-insanlara-qarsi-cixmasi-ehtimalinin-ne-qeder-yuksek-oldugunu-seslendirib
    Microsoft 2025-ci ildən sonra Windows 10-un ödənişli dəstəyinin qiymətini açıqlayıb
    microsoft-2025-ci-ilden-sonra-windows-10-un-odenisli-desteyinin-qiymetini-aciqlayib