main-post-cover

    Süni zəka 97%-lik dəqiqliklə ağciyər xəstəliklərini təyin etməyi öyrənib

    Süni İntellekt
    27.01.2025
    Emil Nəcəfov
         Süni zəka artıq aktiv şəkildə tibb sahəsində istifadə edilir. Mütəxəssislər onun vasitəsilə müxtəlif yeni dərman preparatlarını hazırlamağa və müxtəlif xəstəliklərin müalicə üsullarını təyin etməyə çalışırlar. Məlum olub ki, süni zəka ultrasəs videoları sayəsində ağciyər xəstəliklərini 97%-lik dəqiqliklə təyin etməyi öyrənib. Süni zəka ağciyər iltihabı koronavirus kimi xəstəlikləri dəqiq şəkildə təyin etməklə yanaşı üstəlik müxtəlif mümkün diaqnozları da nəzərə alaraq diaqnostika dəqiqliyini yüksəldir.
          Çarlz Darvin Universitetinin əməkdaşları tərəfindən yaradılmış süni zəka modeli daha öncəki süni zəka sistemlərinin nəticələrini yaxşılaşdıra bilib. O, təsvirlərdəki ən xırda dəyişikliklərin analizləri və məlumatların uzunmüddətli analizləri üçün neyron şəbəkələrin kombinasiyasından istifadə edir. Mütəxəssislər xəstəliklərin diaqnostikası üçün iki növ süni zəka modelindən istifadə ediblər. İlk növbədə neyron şəbəkəsi təsviri analiz edərək insan gözündən yayına biləcək ən xırda dəyişiklikləri təyin edir.
         Daha sonra uzunmüddətli və qısamüddətli yaddaş modeli məlumatları emal edərək onlar arasında müqayisə aparır. Yeni süni zəka modeli TD-CNNLSTM-LungNet adlanır. O, ağciyərlərdəki dəyişikliklərin ağciyər iltihabı, koronavirus və ya digər növ xəstəliklə əlaqəli olub-olmadıqlarını təyin edir. Aparılmış təcrübələr çərçivəsində sözügedən süni zəka modeli 96.51%-lik dəqiqlik sərgiləyib. Gələcəkdə o, vərəm, xərçəng, bronxial astma və hətta xroniki ağciyər xəstəliklərini də təyin edə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Donald Trump, Stargate adlı irimiqyaslı süni zəka layihəsini anons edib
    donald-trump-stargate-adli-irimiqyasli-suni-zeka-layihesini-anons-edib
    Süni zəka yaxın illərdə böyük şirkətlərdə iş yerlərinin ixtisarına səbəb olacaq
    suni-zeka-yaxin-illerde-boyuk-sirketlerde-is-yerlerinin-ixtisarina-sebeb-olacaq
    Süni zəkanın səhvləri elmi kəşflərə səbəb ola bilər
    suni-zekanin-sehvleri-elmi-kesflere-sebeb-ola-biler
    Microsoft və OpenAI ümumi süni zəka (AGI) mövzusunda razılığa gəliblər
    microsoft-ve-openai-umumi-suni-zeka-agi-movzusunda-raziliga-gelibler
    Çinli bir şirkət 11 dəfə daha az emal gücü ilə süni intellekt modelini öyrədərək inqilabi uğur əldə edib!
    cinli-bir-sirket-11-defe-daha-az-emal-gucu-ile-suni-intellekt-modelini-oyrederek-inqilabi-ugur-elde-edib