Şimali Koreya süni zəkanı hərbi əməliyyatların planlaşdırılmasında istifadə edir
Süni İntellekt
26.01.2024
Emil Nəcəfov
Şimali Koreya aktiv şəkildə süni zəka tədqiqatlarını inkişaf etdirir və hərbi əməliyyatların modelləşdirilməsində machine learning texnologiyalarından istifadə edir. Bu barədə məlumat 38 North adlı analitik mərkəzin hesabatında təqdim edilib. Təqdim edilmiş hesabatın müəllifi Hyuk Kim-in fikrincə sanksiyalar Şimali Koreyanın fərdi süni zəka infrastrukturunun yaradılması imkanını məhdudlaşdırıb.
Lakin ölkə bulud servis xidmətlərini təklif edən şirkətlərdən lazımi resursları kirayəyə götürə bilər. Hyuk Kim öz növbəsində bulud servis xidmətlərini təklif edən şirkətlərə öz müştərilərini ciddi şəkildə yoxlamağı məsləhət görüb. Bunun sayəsində Şimali Koreyanın həmin şirkətlərin resurslarından istifadə imkanı aradan qaldırıla bilər. Mütəxəssislərin fikirlərinə əsasən süni zəka sahəsinə investisiyalar və bulud texnologiyaları ilə bağlı resurslardan istifadə Şimali Koreyanın hərbi potensialını genişləndirə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple ən çox süni zəka startapı almış şirkətdir
Apple ən çox süni zəka startapı almış şirkətdir
Süni zəka sahəsində lider şirkətlər mövzusunda söhbət açılanda Apple şirkətinin digərlərindən geri qaldığını görmək olar.
Sam Altman süni zəka çiplərinin istehsalı üçün qlobal zavodlar şəbəkəsini yaratmağa hədəflənib
Sam Altman süni zəka çiplərinin istehsalı üçün qlobal zavodlar şəbəkəsini yaratmağa hədəflənib
OpenAI şirkətinin CEO-su Sam Altman süni zəka ehtiyacları yolunda çiplərin istehsalı ilə məşğul olacaq qlobal zavodlar şəbəkəsinin yaradılması üçün milyardlarla dollar investisiyaların cəlb olunması istiqamətində böyük investorlarla danışıqlar aparır.
Süni zəka insan əməyini tamamilə əvəz edə bilər
Süni zəka insan əməyini tamamilə əvəz edə bilər
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı laboratoriyasının həmtəsisçisi Mustafa Suleyman CNBC-yə müsahibəsində bildirib ki, uzun müddətli perspektivdə süni zəka insan əməyini tamamilə əvəz edə bilər.
Meta öz süni zəka infrastrukturu üçün milyardlarla dollar vəsait sərf edir
Meta öz süni zəka infrastrukturu üçün milyardlarla dollar vəsait sərf edir
Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib ki, şirkət süni zəka texnologiyalarının hazırlanması istiqamətində NVIDIA-nın son nəsil qrafik prosessorlarının əldə edilməsi üçün milyardlarla dollar vəsait sərf edir.
BMT-nin baş katibi süni zəka mövzusunda böyük texnoloji şirkətləri tənqid edib
BMT-nin baş katibi süni zəka mövzusunda böyük texnoloji şirkətləri tənqid edib
BMT-nin baş katibi Antonio Guterres Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxış edən zaman böyük texnoloji şirkətləri tənqid edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ