ChatGPT, dezinformasiya verərək ABŞ prezident seçkilərini bir-birinə qarışdırıb!
Süni İntellekt
02.07.2024
Farid Pardashunas
Bu yaxınlarda süni intellekt dünyasının önəmli adlarından biri olan ChatGPT, ABŞ prezidentlik debatlarında 1-2 dəqiqə gecikmə olduğunu bildirərək səs-küyə səbəb olub.
Bildiyiniz kimi, demək olar ki, hər bir telekanalda yayımın gecikdirilməsi texnologiyasından istifadə olunur. Canlı yayımlar zamanı "canlı" olaraq izlədiyimiz bir çox verilişlər hər hansı səhv və ya senzuraya ehtiyacı olan vəziyyətlərin qarşısını almaq üçün 4-5 saniyə gecikdirilir. ChatGPT isə bu texnologiyanın ABŞ prezident seçkiləri zamanı istifadə edildiyini israr edir.
Bir istifadəçi, ChatGPT-dən ABŞ prezidentlik debatlarının dinamikası barədə sual soruşub. Cavabında ChatGPT müzakirələrin 1-2 dəqiqəlik gecikmə ilə yayımlandığını və buna görə də moderatorların və yayım rəhbərliyinin uyğun olmayan şərhləri kəsə biləcəyini iddia edib. İstifadəçi, bu məlumatın doğru olmadığını bildirdikdə, ChatGPT israrla bu iddianın doğru olduğunu iddia edib və hətta bu təcrübənin müzakirələrin dürüstlüyünü və davamlılığını təmin etmək üçün edildiyini bildirib.
Verilişin canlı yayımlandığı CNN-dən açıqlama olmasa da, ABŞ prezident seçkiləri ilə bağlı debatların gecikmədən yayımlandığı məlumdur. Bu hadisə, süni intellekt sistemlərinin, sistemdə "hallüsinasiyalar" deyilən vəziyyətlərlə qarşılaşa biləcəyini göstərir. ChatGPT, müxtəlif mənbələrdən aldığı məlumatları yanlış birləşdirərək və ya yanlış nəticələr çıxararaq bu səhv məlumatı hazırlamış ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple, süni intellekt xüsusiyyətlərinin istifadəsi üçün ödəniş tələb edə bilər!
Apple, süni intellekt xüsusiyyətlərinin istifadəsi üçün ödəniş tələb edə bilər!
Apple süni intellekt xüsusiyyətlərini pullu xidmətlər kimi təqdim etməyi planlaşdırır. Şirkətin xidmət sektoru son vaxtlar şirkətin əsas gəlir mənbəyinə çevrilib. Aparat satışlarının yavaşladığı bir dövrdə bu kimi xidmətlər, əhəmiyyətli bir çıxış yolu təqdim edir.
ChatGPT imtahanlarda 1-ci kurs real tələbələri geridə qoyub
ChatGPT imtahanlarda 1-ci kurs real tələbələri geridə qoyub
Mütəxəssislər tərəfindən aparılmış yeni təcrübəyə əsasən süni zəka hansısa xüsusi tətbiqlər vasitəsilə aşkar edilmədən uğurlu şəkildə universitet imtahanlarından keçə bilər.
OpenAI şirkəti CriticGPT adlı yeni süni zəka modelini təqdim edib
OpenAI şirkəti CriticGPT adlı yeni süni zəka modelini təqdim edib
OpenAI şirkəti CriticGPT adlı yeni süni zəka modelini təqdim edib. Bu, ChatGPT tərəfindən tərtib edilən proqram təminatı kodlarında səhvlərin aşkar edilməsi üçün nəzərdə tutulmuş süni zəka modelidir.
Tamamilə süni intellektlə hazırlanmış ilk qısametrajlı film təqdim edilib!
Tamamilə süni intellektlə hazırlanmış ilk qısametrajlı film təqdim edilib!
OpenAI tərəfindən hazırlanan və süni intellektlə videolar yarada bilən Sora tərəfindən yaradılan ilk qısametrajlı film, işıq üzü görüb.
GPT-5, fəlsəfə doktoru səviyyəsində zəkaya sahib olacaq!
GPT-5, fəlsəfə doktoru səviyyəsində zəkaya sahib olacaq!
OpenAI, ChatGPT-nin növbəti əsas təkamülü olan GPT-5 üzərində işləyir və bu yeni modelin intellekti, PhD (fəlsəfə doktoru) səviyyəsinə çatacaq. OpenAI-nin Baş Texnologiya Direktoru Mira Murati, Dartmouth Engineering-ə verdiyi müsahibədə GPT-5-in imkanları haqqında mühüm açıqlamalar verib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ