Instagram yeni canlı yayım funksiyasını işə salıb!
Sosial Media
21.06.2024
Farid Pardashunas
Instagram canlı yayım xüsusiyyətinə faydalı olacaq bir yenilik daha əlavə edir. Artıq istifadəçilər, tam izləyici siyahısı əvəzinə seçilmiş insanlarla canlı yayım edə biləcəklər.
Əvvəllər Instagram-da canlı yayımlar açarkən bu canlı yayımı, əgər hesabınız gizli şəkildə deyildisə, hər kəs və ya gizlidə idisə, yalnız sizi izləyən istifadəçilər izləyə bilərdi. Yeni xüsusiyyət sayəsində isə artıq istifadəçilər, canlı yayımlarının yalnız "Yaxın dostlar" siyahısında olan şəxslər tərəfindən izlənə bilməsini seçim edə biləcək. Bundan başqa, "Yaxın dostlar" siyahısından maksimum 3 istifadəçi sizin canlı yayımınıza qoşula biləcək.
Instagram, birbaşa mesajlaşma kimi xüsusiyyətlərə əhəmiyyətli dərəcədə diqqət edərək, istifadəçinin platformadan daha çox özəl rejimlərdə istifadə etməsinə imkan yaradır. Buna nümunə olaraq, artıq ötən noyabr ayında istifadəçilər öz şəkil və vidoelarını tam izləyici siyahısından fərqli olaraq yalnız "Yaxın dostlar"a görünən etmək imkanına malik idilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
TikTok, Instagram rəqibi tətbiqini səssizcə təqdim edib!
TikTok, Instagram rəqibi tətbiqini səssizcə təqdim edib!
TikTok bir müddətdir ki, Instagram rəqibi tətbiqlər üzərində işləyir. TikTok Notes adlı xidmətdən sonra yeni sosial media platforması səssizcə təqdim edilib. Whee adlı tətbiq, TikTok istifadəçilərinə daha çox məxfilik yönümlü sosial platformanı təklif edir.
Instagram-da buraxılması qeyri-mümkün reklam elanları test edilir
Instagram-da buraxılması qeyri-mümkün reklam elanları test edilir
Instagram-da reklam fasiləsi özəlliyinin testinə start verilib. Reklam fasiləsi çərçivəsində Instagram istifadəçiyə buraxılması mümkün olmayan reklamları sərgiləyir.
Instagram-a "keçilməz" reklamlar gəlir!
Instagram-a "keçilməz" reklamlar gəlir!
Instagram, "Ad Breaks" adlı yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. İstifadəçilər artıq fotoşəkillərə baxmağa davam etmək üçün "keçilməz" reklamlara baxmalı olacaqlar.
Avropa Komissiyası Facebook və Instagram ilə bağlı dərin istintaqa start verib
Avropa Komissiyası Facebook və Instagram ilə bağlı dərin istintaqa start verib
Avropa Komissiyasının vermiş olduğu məlumata əsasən Meta şirkətinə məxsus olan Facebook və Instagram sosial şəbəkələri uşaqların təhlükəsizliklərini risk altına atan online kontent mövzusunda Avropa qanunvericiliyi tərəfindən yoxlanılacaqlar.
Meta öz süni zəka sistemlərini Facebook və Instagram-dakı kotentlər vasitəsilə təlimatlandırır
Meta öz süni zəka sistemlərini Facebook və Instagram-dakı kotentlər vasitəsilə təlimatlandırır
Süni zəka sistemlərinin hazırlanması ilə məşğul olan texnoloji şirkətlərin öz süni zəka modellərinin təlimatlandırılmaları üçün məlumat mənbələrinin axtarışında olduqları bir vaxtda Meta şirkətinin həmin texnoloji şirkətlər qarşısında böyük üstünlüyə sahib olduğu məlum olub.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!