TikTok, Instagram rəqibi tətbiqini səssizcə təqdim edib!
Sosial Media
20.06.2024
Farid Pardashunas
TikTok bir müddətdir ki, Instagram rəqibi tətbiqlər üzərində işləyir. TikTok Notes adlı xidmətdən sonra yeni sosial media platforması səssizcə təqdim edilib. Whee adlı tətbiq, TikTok istifadəçilərinə daha çox məxfilik yönümlü sosial platformanı təklif edir.
TikTok-un ana şirkəti ByteDance, Whee adlı yeni sosial media tətbiqini istifadəyə verib. Hal-hazırda Google Play Store-da test mərhələsində olan platforma, Instagram-a bənzər istifadəni öz istifadəçilərinə təqdim edir. Bununla belə, istifadəçilər foto və videoları yalnız yaxın dostları ilə paylaşa biləcəklər. Google Play-dəki açıqlamaya görə, Whee, istifadəçilərə həyatlarındakı "spontan anları" çəkmək və paylaşmaq üçün bir yol təqdim edir. Buna görə də o, bir qədər də BeReal tətbiqinə bənzəyir. Bu səbəbdən, tətbiqin Instagram və BeReal üslubunda istifadəyə malik olduğunu söyləyə bilərik.
TikTok, uzun müddətdir ki, ABŞ və Avropada məxfilik problemləri ilə üzləşir. İstifadəçi məlumatlarının işlənməsi siyasətləri ilə bağlı tənqidlərə məruz qalan şirkət, şəbəkəsini fərqli xidmətlərlə genişləndirməyə çalışır. Bu yolla şirkət, TikTok Notes tətbiqindən sonra Whee platformasının istifadəçi sayını artırmağı hədəfləyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Instagram-da buraxılması qeyri-mümkün reklam elanları test edilir
Instagram-da buraxılması qeyri-mümkün reklam elanları test edilir
Instagram-da reklam fasiləsi özəlliyinin testinə start verilib. Reklam fasiləsi çərçivəsində Instagram istifadəçiyə buraxılması mümkün olmayan reklamları sərgiləyir.
Bir mesajla TikTok hesabının oğurlanması təhlükəsi ortaya çıxıb
Bir mesajla TikTok hesabının oğurlanması təhlükəsi ortaya çıxıb
Ortaya çıxmış yeni məlumata əsasən TikTok istifadəçiləri öz hesablarının oğurlanması təhlükəsi ilə qarşı-qarşıya qala bilərlər.
Donald Trump, bağlatmaq üçün əlindən gələni etdiyi TikTok-da hesab açıb!
Donald Trump, bağlatmaq üçün əlindən gələni etdiyi TikTok-da hesab açıb!
Donald Trump, bağlatmaq üçün əlindən gələn hər şeyi etdiyi TikTok-da hesab açaraq paylaşım edib. Hesabda paylaşılan ilk video, Trump pərəstişkarlarının marağına səbəb olub.
Instagram-a "keçilməz" reklamlar gəlir!
Instagram-a "keçilməz" reklamlar gəlir!
Instagram, "Ad Breaks" adlı yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. İstifadəçilər artıq fotoşəkillərə baxmağa davam etmək üçün "keçilməz" reklamlara baxmalı olacaqlar.
TikTok kontent yaradıcıları üçün yeni tətbiqini istifadəyə verib
TikTok kontent yaradıcıları üçün yeni tətbiqini istifadəyə verib
TikTok kontentin yaradılması və redaktəsi proseslərinin yaxşılaşdırılması istiqamətində öz istifadəçiləri üçün TikTok Studio tətbiqini işə salıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!