Yaxın zamanlarda Android və iOS arasında fayl transferi asanlaşa bilər!
Proqram Təminatı
04.11.2024
Farid Pardashunas
Android cihazlar arasında sürətli fayl paylaşımı imkanı verən Quick Share, Windows-dan sonra iOS və macOS-a da gələ bilər.
Google, Quick Share-i (əvvəlki adı Nearby Share) 2020-ci ildə təqdim edib. Quick Share, lokal şəbəkə üzərindən istədiyiniz sayda faylı sürətli şəkildə digər cihazlara köçürməyə imkan verən fayl ötürmə xidmətidir. Android Authority tərəfindən əldə olunan məlumatlara görə, Google-un bu xüsusiyyəti Apple cihazlarına gətirmək niyyəti ola bilər. GitHub-da Quick Share-in əsasını təşkil edən Nearby Connections API-nin mənbə kodunda Google mühəndisinin bir şərhdə iOS və macOS-də Quick Share-ə fayda verəcəyini qeyd etməsi, Google-un bu xüsusiyyəti iOS və macOS-a gətirmək üzərində çalışdığını düşündürür.
Google-un bu düzəlişi sadəcə gələcəkdə iOS və macOS üçün nəzərdə tutulan müştərilərə zəmin yaratmaq üçün və ya Nearby Connections-da aşkar etdiyi səhvləri düzəltmək üçün etmiş olması da mümkündür. Əgər Google həqiqətən bu xüsusiyyət üzərində çalışırsa, bu, yaxşı bir xəbərdir. Fərqli platformalar arasında vahid bir tətbiq vasitəsilə fayl paylaşımı imkanı istifadəçilərin istəyəcəyi bir xüsusiyyətdir. Ancaq Quick Share Apple-a gəlsə belə, standart fayl paylaşım tətbiqi olması çətin görünür. Çox güman ki, App Store-dan yüklənərək istifadə ediləcək.
Linki kopyala
ios
apple
google android
android
apple app store
app store
macos
quick share
quick share ios
quick share macos
quick share android
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple-ın TikTok-a gizli şəkildə təzyiq göstərdiyi məlum olub!
Apple-ın TikTok-a gizli şəkildə təzyiq göstərdiyi məlum olub!
ABŞ-da TikTok-a qarşı açılmış məhkəmə işi ilə bağlı sənədlər səhvən paylaşılıb. Bu sənədlərdə Apple-ın TikTok üzərindəki təzyiqlərindən bəhs edilib. Bəs Apple bunu niyə edib?
Apple M4 Max prosessoru Geekbench testlərindən keçib
Apple M4 Max prosessoru Geekbench testlərindən keçib
Apple şirkətinin M4 Pro prosessorundan sonra M4 Max prosessoru da Geekbench testlərindən keçib. Daha öncə də gözlənildiyi kimi M4 Max prosessoru Apple şirkətinin ən güclü prosessoru olub.
Apple M4 Pro prosessoru Geekbench testlərindən keçib
Apple M4 Pro prosessoru Geekbench testlərindən keçib
Dünən Apple şirkəti M4 prosessorları vasitəsilə çalışan yeni MacBook Pro modellərini təqdim etdi. Onların arasında M4, M4 Pro və M4 Max prosessorları var. İndi isə məlum olub ki, M4 Pro prosessoru Geekbench testlərindən keçib.
Apple iPhone 17 smartfonlarında fərdi Wi-Fi və Bluetooth çiplərini tətbiq edəcək
Apple iPhone 17 smartfonlarında fərdi Wi-Fi və Bluetooth çiplərini tətbiq edəcək
Apple şirkəti gələn il iPhone 17 smartfon seriyasını təqdim edəcək. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple iPhone 17 smartfonlarına fərdi Wi-Fi və Bluetooth çiplərini inteqrasiya etməyi planlaşdırır.
Zəngləri hakerlərə yönləndirən yeni Android virusu aşkar edilib!
Zəngləri hakerlərə yönləndirən yeni Android virusu aşkar edilib!
İlk dəfə 2022-ci ildə Kaspersky hesabatlarında üzə çıxan FakeCall adlı virus, ələ keçirdiyi telefondakı bütün zəngləri hakerlərə yönləndirə bilir. Vişinq adlanan bu üsul vasitəsilə telefon istifadəçisi bank kimi vacib bir yerə zəng etmək istəyəndə, hakerlər onu aldada bilirlər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!