Zəngləri hakerlərə yönləndirən yeni Android virusu aşkar edilib!
Təhlükəsizlik
01.11.2024
Farid Pardashunas
İlk dəfə 2022-ci ildə Kaspersky hesabatlarında üzə çıxan FakeCall adlı virus, ələ keçirdiyi telefondakı bütün zəngləri hakerlərə yönləndirə bilir. Vişinq adlanan bu üsul vasitəsilə telefon istifadəçisi bank kimi vacib bir yerə zəng etmək istəyəndə, hakerlər onu aldada bilirlər.
FakeCall virusu ilk dəfə 2022-ci ildə Kaspersky tərəfindən bildirildikdən sonra, 2023-cü ildə isə ThreatFabric tərəfindən yenidən qeydə alınıb. Xüsusi təhlükəsizlik şirkəti Zimperium-un araşdırma hesabatına əsasən FakeCall virusu vishing adlı bir metod ilə gəlir. Məqsəd, qurbanlardan saxta telefon zəngləri, səsli mesajlar kimi üsullarla bank, kredit kartı və ya şəxsi məlumatlarını ələ keçirməkdir. Tədqiqatçılar FakeCall virusunun gələn və gedən zəngləri kəsmə də daxil olmaqla mobil cihazın demək olar ki, tamamilə nəzarətini ələ ala biləcəyini açıqlayırlar.
Bir istifadəçinin cihazına bu virusu yoluxdurmağın ən asan yolu Google Play Store kimi bir tətbiq mağazasından .apk kimi tətbiqləri yükləməkdir. Mənbəyi naməlum bir tətbiq faylını açdığınız zaman virus telefonunuza yoluxur və cihazın nəzarətini ələ keçirir. Ailə və dostlardan gələ biləcək bu tip faylları öncədən yoxlamaq faydalıdır. Viruslu tətbiq telefona ilk dəfə yükləndikdə istifadəçidən standart telefon tətbiqi və zəng qeydlərinə giriş icazəsi istəyir. Zimperium tədqiqatçılarına görə, virus yayılma mərhələsindən sonra:
- Şəxsiyyət Saxtakarlığı: Telefonunuzu ələ keçirmiş haker ailənizə və dostlarınıza sizin adınızdan zəng edərək onlardan müəyyən tələblər istəyə bilər. "setResultData()" metodu vasitəsilə haker sizin fəaliyyətlərinizi izləyə bilər.
- Zəngləri idarə edə bilər: FakeCall virusu gələn və gedən zəngləri bloklaya, idarə edə və sahibindən icazə almadan başqaları ilə əlaqə qura bilər.
Son günlərdə isə buna bənzər bir hadisəni bir sosial media fenomeni yaşayıb. Sosial media fenomeninin xəbəri olmadan baş verən zənglərdə, bir şəxs telefon zənglərinin həyata keçirilməsini təmin edən SS7 protokolunu pozaraq fenomenin nömrəsini ələ keçirib. Bu hadisənin fərqli tərəfi isə sosial media fenomeninin telefonuna heç bir virusun yoluxmaması idi. Lakin baş verənlər FakeCall-in yaratdığı təsirlərlə tamamilə eynidir.
Linki kopyala
threatfabric
kaspersky
android vishing
android fakecall virus
virus
android virus
cybersecurity
kibertehlukesizlik
android
fakecall
fakecall virus
zimperium
Bənzər xəbərlər
Oxşar xəbərlər
Exynos vasitəsilə çalışan bəzi Samsung cihazlarında ciddi sistem boşluğu aşkar edilib
Exynos vasitəsilə çalışan bəzi Samsung cihazlarında ciddi sistem boşluğu aşkar edilib
Samsung şirkəti Exynos prosessorları vasitəsilə çalışan bəzi smartfon və smart saatlarda ciddi sistem boşluğu aşkar edib. Aşkar edilmiş sistem boşluğu istifadəçilərin özəl məlumatlarını təhlükə altına atır.
Android telefonlarındakı fayllara Windows vasitəsilə simsiz şəkildə daxil olmaq mümkün olacaq!
Android telefonlarındakı fayllara Windows vasitəsilə simsiz şəkildə daxil olmaq mümkün olacaq!
Windows Latest-in hesabatına görə, Microsoft Android telefon fayllarına simsiz giriş imkanı yaradan funksiya hazırlayır. Bu funksiyayla kompüterdən Android fayllarına simsiz şəkildə giriş mümkün olacaq.
Apple Intelligence serverlərini sındıracaq şəxsə 1 milyon dollar mükafat söz verilib
Apple Intelligence serverlərini sındıracaq şəxsə 1 milyon dollar mükafat söz verilib
Görünür, Apple şirkəti özünün süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosisteminin təhlükəsizliyini ciddi şəkildə təmin etməyi hədəfləyib.
Google və Samsung kimi digər şirkətlər də öz smartfonlarında 7 illik Android dəstəyini təmin edə biləcəklər
Google və Samsung kimi digər şirkətlər də öz smartfonlarında 7 illik Android dəstəyini təmin edə biləcəklər
Google və Samsung Android smartfon istehsalçıları arasında 7 il müddətinə əməliyyat sistemi yenilənməsini təklif edən ilk şirkətlər oldular.
Şimali Koreyalı hakerlər, Chrome-dakı boşluqdan istifadə edərək kriptovalyuta pul kisələrinə hücum ediblər!
Şimali Koreyalı hakerlər, Chrome-dakı boşluqdan istifadə edərək kriptovalyuta pul kisələrinə hücum ediblər!
Şimali Koreyanın dəstəklədiyi Lazarus qrupu, kibertəhlükəsizlik dünyasını yenidən sarsıdıb. Kriptovalyuta hücumları ilə tanınan qrup, bu dəfə Google Chrome boşluqlarını və DeFi oyunlarının populyarlığını hədəf alıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!