main-post-cover

    Samsung Galaxy S25 smartfonları mobil oyunlarda kadr tezliyinin 120 fps-ə yüksəldilməsi funksiyasını əldə edəcəklər

    Proqram Təminatı
    19.11.2024
    Emil Nəcəfov
         Samsung şirkəti gələn ilin əvvəlində Galaxy S25 smartfonlarını təqdim edəcək. İnsayderlərin vermiş olduqları məlumata əsasən sözügedən smartfonlar Qualcomm-un xüsusi texnologiyasının dəstəyini əldə edəcəklər. Söhbət, mobil oyunlarda fps göstəricisinin 60-dan iki dəfə yuxarı yüksəldilməsi texnologiyasından gedir. Bu texnologiya Qualcomm Adreno Frame Motion Engine 2.0 (AFME) adlanır. O ilk dəfə 2021-ci ildə təqdim edilib. Buna bənzər digər texnologiyalardan fərqli olaraq AFME-nin əsas özəlliyi ondadır ki, o, ayrıca çipin istifadəsinə deyil, GPU-nun imkanlarına əsaslanır. İnsayderlər bildiriblər ki, bu yenilik OneUI 7.0 istifadəçi interfeysi çərçivəsində istifadəyə veriləcək xüsusi oyun rejiminin tərkibində olacaq. Gözləntilərə əsasən AFME-nin istifadəsi mobil oyunlarda fps göstəricisinin yüksəldilməsi ilə yanaşı smartfonun texniki imkanlarına olan yüklənməni də aşağı salacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A seriyasına vacib yeniliyi gətirəcək
    samsung-galaxy-a-seriyasina-vacib-yeniliyi-getirecek
    Samsung-un yeni kamera texnologiyası kamera çıxıntılarını azaldacaq!
    samsung-un-yeni-kamera-texnologiyasi-kamera-cixintilarini-azaldacaq
    Samsung gələn il yüngül smart eynəyini satışa çıxaracaq
    samsung-gelen-il-yungul-smart-eyneyini-satisa-cixaracaq
    Samsung Galaxy S25 smartfonu Geekbench testlərindən keçib
    samsung-galaxy-s25-smartfonu-geekbench-testlerinden-kecib
    Samsung Galaxy A26-nın render fotosu təqdim edilib
    samsung-galaxy-a26-nin-render-fotosu-teqdim-edilib