Samsung-un yeni kamera texnologiyası kamera çıxıntılarını azaldacaq!
Elm & Texnologiya
19.11.2024
Farid Pardashunas
Samsung-un yeni kamera texnologiyası böyüyən və telefonda çıxıntı yaradan kameraları kiçiltməyi vəd edir. Bəs yenilikçi ISOCELL ALoP adlı bu texnologiya, nə təklif edir?
Samsung-un yaxın zamanda təqdim etdiyi ISOCELL ALoP (Lens on Prism) texnologiyası, periskop kameralarında linzaları şaquli deyil, üfüqi şəkildə yerləşdirməklə modulların ölçülərini və qalınlığını azaltmağı hədəfləyir. Bu texnologiya, eyni zamanda daha böyük ölçülü linzaların istifadəsinə imkan verərək, daha parlaq və dəqiq şəkillərin çəkilməsini təmin edir.
ALoP texnologiyası 40° bucaqlı prizma və 10° bucaqlı sensor mexanizmi vasitəsilə telefoto kamera modullarının ümumi hündürlüyünü və uzunluğunu ənənəvi dizaynlarla müqayisədə 22% azaldır. Bu isə kameranın telefondan çıxıntı yaratmadan yerləşdirilməsinə şərait yaradır. Yenilikçi linza tərtibatı 80 mm fokus məsafəsi və f/2.58 diyafram açıqlığını dəstəkləyir, beləliklə az işıq şəraitində belə daha parlaq və az səs-küylü görüntülər təqdim edir.
ALoP dizaynı yalnız kamera modullarının ölçüsünü kiçiltmir, həm də periskop kameraların kvadrat formasını aradan qaldıraraq digər linzalarla uyğunlaşan ənənəvi dairəvi görünüşlü kamera tərtibatını təmin edir. Samsung-un bu texnologiyanı ilk olaraq hansı modeldə istifadə edəcəyi hələlik məlum deyil. Lakin gələn il daha incə Galaxy S25 modelinin təqdim olunacağı gözlənilir. Ola bilsin ki, bu yeni texnologiya həmin modeldə öz əksini tapsın.
Linki kopyala
samsung isocell alop
samsung
samsung camera
samsung camera technology
isocell alop
isocell alop technology
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung gələn il yüngül smart eynəyini satışa çıxaracaq
Samsung gələn il yüngül smart eynəyini satışa çıxaracaq
İnsayderlərin vermiş olduqları məlumata əsasən Samsung şirkəti gələn il olduqca yüngül smart eynəyini satışa çıxaracaq. Məlumatda qeyd edilib ki, şirkətin smart eynəyinin çəkisi cəmi 50 qramm təşkil edəcək.
Samsung Galaxy S25 smartfonu Geekbench testlərindən keçib
Samsung Galaxy S25 smartfonu Geekbench testlərindən keçib
Gələn ilin yanvar ayında Samsung şirkətinin Galaxy S25 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. Bu seriyaya 3 model daxil olmalıdır. Galaxy S25, S25+ və S25 Ultra.
Samsung Galaxy A26-nın render fotosu təqdim edilib
Samsung Galaxy A26-nın render fotosu təqdim edilib
Samsung şirkəti Galaxy A seriyasının növbəti smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy A26-dan gedir.
Samsung Galaxy Flip FE-nin hansı prosessoru əldə edə biləcəyi açıqlanıb
Samsung Galaxy Flip FE-nin hansı prosessoru əldə edə biləcəyi açıqlanıb
Keçən həftə məlumat ortaya çıxdı ki, Samsung şirkəti gələn il Galaxy Flip FE adlı büdcəli qatlana bilən smartfonunu təqdim edəcək.
Samsung Galaxy Ring 2 smart üzüyünü daha tez satışa çıxara bilər
Samsung Galaxy Ring 2 smart üzüyünü daha tez satışa çıxara bilər
Samsung iyul ayında Galaxy Ring smart üzüyünü təqdim etmişdi. İndi isə şirkət Galaxy Ring 2 üzərində çalışır.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!