Proqram təminatı kodunun tərtibatı üçün Stable Code 3B süni zəka sistemi istifadəyə verilib
Proqram Təminatı
17.01.2024
Emil Nəcəfov
Mətn formatında təsvirlər əsasında fotoların tərtibatını reallaşdıran Stable Diffusion adlı məşhur neyron şəbəkəsinin yaradıcısı olan Stability AI şirkəti öz yeni süni zəka modelini təqdim edib. Söhbət, Stable Code 3B-dən gedir. Sözügedən yeni süni zəka modeli proqram təminatı kodunun tərtibatı üçün nəzərdə tutulub. Stable Code 3B özündə 3 milyard parametri birləşdirir və o, proqram təminatı sahəsində kod tərəfinin yekunlaşdırılmasına və koda əlavə elementlərin əlavə edilməsinə hədəflənib.
Bununla belə bu yeni süni zəka modeli lokal şəkildə noutbuklarda çalışa bilir. Stable Diffusion şirkəti bildirib ki, Stable Code 3B sistemi Meta şirkətinin CodeLLaMA adlı bənzər sistemini geridə qoyur. Məlumatda qeyd edilib ki, Stable Code 3B Python, Java, JavaScript də daxil olmaqla ümumilikdə 18 proqramlaşdırma dili əsasında təlimatlandırılıb. Stable Code 3B şirkətin ödənişli abunəlik paketi çərçivəsində artıq istifadəyə verilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Stable Video Diffusion adlı yeni generativ süni zəka sistemi təqdim edilib (VİDEO)
Stable Video Diffusion adlı yeni generativ süni zəka sistemi təqdim edilib (VİDEO)
Stable Diffusion generativ süni zəka sistemini yaratmış Stability AI şirkəti Stable Video Diffusion adlı yeni generativ süni zəka sistemini təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!