Tesla-nın elektrik yük maşını Semi, qəzadan sonra alovlanaraq yanıb!
Nəqliyyat
21.08.2024
Farid Pardashunas
ABŞ-ın Kaliforniya ştatında Nevada sərhədi yaxınlığında Tesla-nın elektrik yük maşını Semi, yanıb. Yanğının Semi-nin ağaca dəyməsi nəticəsində baş verdiyi bildirilir.
Məlumatlara görə, Tesla Semi, avtomobil yolunun kənarındakı ağaclara çırpılaraq alovlanıb və nəticədə yolun 16 saat bağlı qalmasına səbəb olub. Bildirilir ki, yanğınsöndürənlər Semi-yə su töküblər və litium-ion batareya paketini idarə olunan temperatura qədər soyudublar, bundan sonra isə detallların yanması gözlənilib. Avtomobilin yanğından sonrakı qalıqları isə Tesla-nın Nevada-dakı Gigafactory-ə daşınacaq.
Səlahiyyətlilər qəzanın səbəblərini, o cümlədən sağ qalan sürücünün avtomobili idarə edərkən yatıb-yatmadığını araşdırır. Digər tərəfdən, yanmış Semi yük maşını, Gigafactory Nevada-dan Tesla-nın Kaliforniyadakı avtomobil istehsalı müəssisəsinə yeni istehsal olunan batareyaları daşımaq üçün istifadə olunurdu. Qəza zamanı isə Semi-də heç bir yük olmayıb.
Tesla-nın bu bölgədəki yanğını əslində bir ilk deyil. Şirkətin meqavatlıq enerji saxlama batareyaları 2022-ci ildə yerli bir kommunal xidmətdə yanmışdı. Bununla belə, ümumi təsəvvürə baxmayaraq, elektrik nəqliyyat vasitələrinin qalıq yanacaqla işləyən avtomobillərdən daha yüksək sürətlə alovlandığına dair heç bir statistik sübut yoxdur. Daha müasir elektrik avtomobillərində hətta akkumulyatordakı yanğını idarə etmək və yanğının digər detallara yayılmasının qarşısını almaq üçün sistemlər var.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla, bəzi müştərilərinin Model 3 sifarişlərini 8 ildir çatdırmırmış!
Tesla, bəzi müştərilərinin Model 3 sifarişlərini 8 ildir çatdırmırmış!
2016-cı ildə şirkətin CEO-su Elon Musk, hindistanlı müştərilərinə Tesla Model 3-ü əvvəlcədən sifariş etməyə təşviq etmişdi. Lakin aradan 8 il keçməsinə baxmayaraq, məlum olub ki, bu sifarişlər hələ də çatdırılmayıb.
Elektromobil istehsalçısı Tesla-nın CEO-su Elon Musk, insanları neft və qaz sənayesini pisləməməyə çağırıb!
Elektromobil istehsalçısı Tesla-nın CEO-su Elon Musk, insanları neft və qaz sənayesini pisləməməyə çağırıb!
Donald Trump və Elon Musk, X-də canlı söhbət ediblər. Söhbət zamanı Trump və Musk, həmçinin mineral yanacaqlar, elektrikli nəqliyyat vasitələri və iqlim dəyişikliyi ilə bağlı fikirlərini də bildiriblər.
Tesla-nın pilotsuz taksi elektromobilinin yeni təqdimat tarixi elan edilib
Tesla-nın pilotsuz taksi elektromobilinin yeni təqdimat tarixi elan edilib
Hələ bir neçə müddət bundan öncə Elon Musk, Tesla-nın pilotsuz taksi elektromobilinin təqdimatını anons etmişdi.
5 ildir ertələnən yeni Tesla Roadster, 2025-ci ildə istehsala girəcək!
5 ildir ertələnən yeni Tesla Roadster, 2025-ci ildə istehsala girəcək!
Tesla CEO-su Elon Musk, şirkətin maliyyə nəticələri zamanı verdiyi açıqlamada yeni Tesla Roadster modelinin 2025-ci ildə istehsala girəcəyini və mühəndislik addımlarının çoxunun tamamlandığını söyləyib.
Tesla-nın Optimus robotları yaxın gələcəkdə şirkət daxilində çalışmağa başlayacaqlar
Tesla-nın Optimus robotları yaxın gələcəkdə şirkət daxilində çalışmağa başlayacaqlar
Tesla şirkəti elektromobillər ilə yanaşı Optimus adlı insanabənzər robotların hazırlanması ilə də məşğul olur.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!