Tesla Model 3 Performance elektromobili təqdim edilib - QİYMƏTİ
Nəqliyyat
24.04.2024
Farid Pardashunas
Tesla şirkəti özünün Model 3 elektromobilinin ən güclü versiyasını təqdim edib. Model 3-ün sözügedən versiyası Model 3 Performance adlanır. Beləliklə Model 3 Performance elektromobili iki ədəd elektrikli mühıərrikə sahib güc qurğusunu əldə edib. Bu güc qurğusu elektromobili 510 at gücü və mühərrikin 741 Nm (Nyuton metr) göstəricidə maksimal fırlanma anı ilə təmin edir. Model 3-ün bu yeni versiyası saatda 96 km sürəti 2.9 saniyəyə yığır. Onun maksimal sürəti isə saatda 262 km təşkil edir. Model 3 Performance bir dəfə şarj olunandan sonra 476 km yol qətt edə bilir.
Sözügedən elektromobil adaptiv amortizatorlara, yüksək dözümlülüyə sahib poladdan hazırlanmış yaylara sahib təkmilləşdirilmiş asqını əldə edib. Adaptiv amortizatorların göstəriciləri real zaman ərzində dəyişirlər. Bununla belə elektromobil 3 idarə rejiminə sahibdir. Standart, sport və track. Track rejimində elektromobilin təkcə asqı ayarları deyil, həmçinin motor ayarları da dəyişir. Üstəlik bu rejimdə elektromobilin soyutma sisteminin performansı yüksəlir. Model 3 Performance daha güclü tormozları, 20 düym ölçülü təkər diskləri və xüsusi olaraq Tesla üçün hazırlanmış Pirelli P Zero 4 adlı təkərlər ilə təchiz olunub.
Xarici görünüşcə yeni model keçən il yenilənmiş Model 3-ə bənzəyir. Lakin bununla belə Model 3 Performance bir qədər fərqli bamperləri, dəyişilmiş spoyleri və yeni ön splitteri əldə edib. Bütün bunlar elektromobilin aerodinamikasının daha yaxşı çalışmasına imkan verirlər. Model 3 Performance modelinin salonunda idman tərzində yeni oturacaqlar, 17 ədəd səsgücləndiricidən ibarət akustika sistemi, ön hissədə 15.4 düym ölçülü ekran, arxa hissədə isə 8 düym ölçülü ekran quraşdırılıb. Model 3 Performance modelini artıq ABŞ-da ön sifariş etmək olar. Onun gələn ay və ya iyunda satışa çıxacağı gözlənilir. Sözügedən elektromobil 53 000$ qiymətində satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NVIDIA CEO-su: "İnsana bənzər robotlar avtomobillər kimi kütləvi məhsula çevriləcəklər"
NVIDIA CEO-su: "İnsana bənzər robotlar avtomobillər kimi kütləvi məhsula çevriləcəklər"
NVIDIA şirkətinin CEO-su Jensen Huang-ın fikrincə insana bənzər reobotlar yaxın gələcəkdə müxtəlif sahələrdə inqilab yaradaraq kütləvi məhsula çevriləcəklər.
Tesla 14 000 nəfər işçini ixtisar edəcək
Tesla 14 000 nəfər işçini ixtisar edəcək
Elon Musk-ın sözlərinə əsasən Tesla şirkəti öz işçilərinin 10%-ni ixtisar edəcək.
Elon Musk Tesla-nın pilotsuz taksisinin təqdimatını elan edib
Elon Musk Tesla-nın pilotsuz taksisinin təqdimatını elan edib
Son zamanlarda Tesla elektromobillərinin satışları və gəlirləri aşağı düşüb. Bundan əlavə olaraq məlumata əsasən şirkət öz büdcəli elektromobil ideyasından da imtina edib.
Tesla büdcəli elektromobil istehsalı ideyasından imtina edib
Tesla büdcəli elektromobil istehsalı ideyasından imtina edib
Elon Musk uzun illər ərzində Tesla-nın büdcəli elektromobil hazırlayacağını söz verirdi. Lakin görünür, şirkət büdcəli elektromobil ideyasından imtina edib.
Növbəti nəsil Tesla Roadster barəsində yeni təfərrüatlar verilib
Növbəti nəsil Tesla Roadster barəsində yeni təfərrüatlar verilib
Bir neçə gün bundan öncə Elon Musk bildirdi ki, Tesla özünün yeni nəsil Roadster idman elektromobilini artıq gələn il satışa çıxartmağı planlaşdırır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!