Tesla 25 000$ qiymətində elektromobil istehsal etməyə çox yaxındır
Nəqliyyat
06.12.2023
Emil Nəcəfov
Çinin kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Tesla şirkəti Şanxaydakı Gigafactory zavodunun 3-cü hissəsinin inşasını bərpa etməyə hazırlaşır. Məlumata əsasən Tesla-nın 25 000$ qiymətində satılacaq elektromobili zavodun məhz bu hissəsində istehsal ediləcək. Elon Musk dünən vermiş olduğu müsahibə çərçivəsində bildirib ki, şirkət 25 000$-a satılacaq elektromobilin kütləvi istehsalı mövzusunda ciddi irəliləyiş əldə edib. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, sözügedən elektromobil 2025-ci ildən tez istehsal edilməyəcək. Musk isə 25 000$ satış qiymətinə sahib elektromobili 2020-ci ildə anons etmişdi. Qeyd etmək lazımdır ki, Tesla-nın Şanxaydakı zavodu hal hazırda yalnız Tesla Model 3 və Model Y elektromobillərini istehsal edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla Cybertruck-ın interyerinin fotoları ortaya çıxıb
Tesla Cybertruck-ın interyerinin fotoları ortaya çıxıb
Artıq bu həftə Tesla Cybertruck elektromobili ilk alıcılara çatıdırılmalıdır.
Birinci nəsil Tesla Roadster-in texniki dokumentasiyası açıq mənbə şəklində paylaşılıb
Birinci nəsil Tesla Roadster-in texniki dokumentasiyası açıq mənbə şəklində paylaşılıb
Tesla şirkəti birinci nəsil Tesla Roadster elektromobilinin bütün texniki dokumentasiyasını açıq mənbə şəklində paylaşıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!