Birinci nəsil Tesla Roadster-in texniki dokumentasiyası açıq mənbə şəklində paylaşılıb
Elm & Texnologiya
24.11.2023
Emil Nəcəfov
Tesla şirkəti birinci nəsil Tesla Roadster elektromobilinin bütün texniki dokumentasiyasını açıq mənbə şəklində paylaşıb. Beləliklə elektromobilin texniki dokumentasiyası ilə istənilən şəxs tanış ola və onun vasitəsilə öz Tesla Roadster-ni hazırlamağa cəhd göstərə bilər. Təqdim edilmiş materiallar sözügedən elektromobil ilə bağlı olan texnologiyaları və araşdırmaları əhatə edirlər. Electrec saytının fikrincə nəzəri cəhətdən sözügedən məlumatlar elektromobilin sıfırdan hazırlanmasına imkan verə bilərlər. Qeyd etmək lazımdır ki, şirkət zamanında 2500 ədəd Tesla Roadster istehsal etmişdi. Birinci nəsil Tesla Roadster-in istehsalının dayandırılmasından 11 il keçməsinə baxmayaraq Tesla hələ də ikinci nəsil Roadster-i satışa çıxarmayıb. Onun istehsalına ya 2024-cü ya da 2025-ci ildə start veriləcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!