main-post-cover

    Elektrikli avtomobil satışları əhəmiyyətli dərəcədə artıb!

    Nəqliyyat
    13.08.2024
    Farid Pardashunas

         Elektrikli avtomobillərə tələbat azalsa da, iyul ayında dünya üzrə elektrikli avtomobil satışları 21% artıb. Ən böyük sıçrayış isə Çində baş verib.

         Məlumdur ki, ötən illə müqayisədə elektromobillərə tələbat zəifləyib. Bundan əlavə, Avropa İttifaqı (Aİ), Çinin SAIC Motor şirkətinə 38%, BYD-yə 17%Geely-yə 20% əlavə idxal vergisi tətbiq edib. Blok, həmçinin bütün digər Çin istehsalçılarına əlavə 38% vergi tətbiq etmişdi. Bunların həm Çinin, həm də elektrikli avtomobillərin yayılmasına təsir etdiyi bildirilir. Məlumatlara görə, iyul ayında tam elektrik və ya plug-in hibrid avtomobillərin dünya üzrə ümumi satışı 1.35 milyona çatıb. Bu rəqəmin 0.88 milyonu və ya 65%-i Çində olub ki, bu da illik dəyərdə 31% artım deməkdir. Bundan əlavə, Çində plug-in hibrid satışlarının 2024-cü ilin ilk 7 ayında bir əvvəlki ilə nisbətən 70% artdığı vurğulanır.
         Çinin və dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan BYD, eyni dövrdə tam elektrikli və ya plug-in hibrid avtomobillərinin satışlarında müvafiq olaraq 13% və 44% artım olduğunu bildirib. Digər tərəfdən Avropa bazarında satışlar iyul ayında 7.8% nisbətində azalıb. İyul ayına qədər olan 7 ayda Aİ-nin ən böyük elektrikli avtomobil bazarı olan Almaniyada satışlar 12% azalıb. ABŞ və Kanada tərəfində məlumatlar müsbətdir, satışlar iyul ayında 7.1% artıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Araşdırmalara görə, elektrikli avtomobil batareyaları 15 il əvvəlkindən 90% daha ucuzdur!
    arasdirmalara-gore-elektrikli-avtomobil-batareyalari-15-il-evvelkinden-90-daha-ucuzdur
    Yeni növ batareya ilə elektrikli avtomobillər 10 dəqiqədə şarj oluna biləcək!
    yeni-nov-batareya-ile-elektrikli-avtomobiller-10-deqiqede-sarj-oluna-bilecek
    Avropada milyonlarla dizel avtomobilin hərəkəti qadağan edilə bilər!
    avropada-milyonlarla-dizel-avtomobilin-hereketi-qadagan-edile-biler
    Elektriklə işləyən avtomobillər, ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin ediblər!
    elektrikle-isleyen-avtomobiller-ilk-defe-olaraq-elektrik-sebekesini-kesinti-zamani-enerji-ile-temin-edibler
    Elektikli avtomobil istifadəçiləri, benzinlə işləyən avtomobillərə geri qayıtmağa hazırlaşır!
    elektikli-avtomobil-istifadecileri-benzinle-isleyen-avtomobillere-geri-qayitmaga-hazirlasir