Elektromobillər nə dərəcədə etibarlıdır?
Elm & Texnologiya
30.11.2023
Emil Nəcəfov
ABŞ-ın Consumer Reports adlı jurnalı elektromobillərin bəyan edildiyi kimi ənənəvi avtomobillərdən daha etibarlı olub-olmadıqlarını yoxlamaq üçün son 23 il ərzində 330 000 avtomobil sahibindən müxtəlif məlumatları yığıb. Nəticədə məlum olub ki, benzin və dizel ilə çalışan avtomobillər daha az hallarda sıradan çıxırlar. Aparılmış tədqiqatın nəticələrinə əsasən ənənəvi avtomobillərdən fərqli olaraq elektromobillər etibarlılıqla bağlı ortalama 79% daha çox problemə sahibdirlər.
Elektromobillərdə çox zaman şarj prosesi və batareyalar ilə bağlı problemlər yaşanır. PHEV (plug-in hybrid electric vehicle) hibrid avtomobillər isə daha çox problemə sahibdirlər. Məlumata əsasən bu hibridlərdə 146% daha çox problem aşkar edilib. HEV (hybrid electric vehicle) hibrid avtomobillər isə 26% daha az halda sıradan çıxırlar. Əldə edilmiş məlumatlar əsasında mütəxəssislər brendlər üzrə bütün növ avtomobillərin etibarlılıq reytinqini tərtib ediblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Soyuq hava şəraiti elektromobillərin qətt etdikləri yol göstəricisinə nə dərəcədə təsir edir?
Soyuq hava şəraiti elektromobillərin qətt etdikləri yol göstəricisinə nə dərəcədə təsir edir?
Recurrent adlı analitik şirkət qışın soyuq hava şəraitinin elektromobillərin yolları hansı məsafədə qətt etmə bacarıqlarına necə təsir göstərdiyini aydınlaşdırıblar.
Çin özünün Starlink analoqunu hazırlamağa başlayıb
Çin özünün Starlink analoqunu hazırlamağa başlayıb
Çin SpaceX şirkətinin Starlink peyk internetinin geniş şəkildə yayılmasından narahatlıq duyur.
Çində dünyanın ən sürətli internet xətti istifadəyə verilib
Çində dünyanın ən sürətli internet xətti istifadəyə verilib
Pekin-Uhan-Quançjou adlı 3000 km uzunluqlu magistral fiberoptik xətt uzun illər ərzində olmuş testlərdən sonra rəsmi şəkildə 13 noyabr tarixində istifadəyə verildi.
Cənubi Koreyada robot müəssisə işçisini öldürüb
Cənubi Koreyada robot müəssisə işçisini öldürüb
Cənubi Koreya şirkətinin 40 yaşlı robototexnika mütəxəssisi kənd təsərrüfatı üzrə çeşidləmə mərkəzindəki sənaye yükləmə robotunun sensorlarını yoxlayan zaman həyatını itirib.
Apple böyük ekranlı yeni iPad Air planşeti üzərində çalışır
Apple böyük ekranlı yeni iPad Air planşeti üzərində çalışır
DigiTimes saytının öz mənbələrinə istinadən vermiş olduğu məlumata əsasən Apple şirkəti böyük ekrana sahib yeni iPad Air planşeti üzərində çalışır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ