Çinli elektrik avtomobil istehsalçıları, hökuməti Avropadan qisas almağa çağırır!
Nəqliyyat
20.06.2024
Farid Pardashunas
Bildirilir ki, Avropada əlavə vergilərə məruz qalan Çin istehsalçıları Pekində bağlı qapılar arxasında keçirilən toplantıda Avropadan idxal edilən daxili yanma mühərrikli avtomobillərə əlavə vergi tələb ediblər.
Avropa Komissiyası son həftələrdə Çindən idxal edilən elektrik avtomobillərinə 38.1 faizədək əlavə gömrük rüsumları tətbiq edib. Bu vəziyyət avtomobil dünyasında böyük əks-səda doğursa da, əlavə vergilərə məruz qalan Avropadakı istehsalçılardan qisas çağırışı gecikməyib. Çin mediasında yer alan xəbərlərə görə, elektrik avtomobil istehsalçıları daxili yanma mühərrikli iri Avropa avtomobilləri üçün 25% əlavə vergi tələb edir. Bildirilir ki, bu çağırış ötən çərşənbə axşamı Pekində keçirilən görüşdə edilib. Görüşdə 6 Avropa və 4 Çin avtomobil istehsalçısının nümayəndələri, eləcə də müxtəlif sənaye və elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak ediblər.
Hesabata görə, 2023-cü ildə Çinə mühərrik həcmi 2.5 litr və daha çox olan 250 minə yaxın avtomobil idxal edilib. Bu rəqəm ötən ilin ümumi bazarının 1%-nə uyğundur. Çindən idxal edilən avtomobillərin Avropadakı payı isə təxminən 3%-dir. Həmçinin bildirilir ki, iclasda Çin nümayəndəsi, Avropa Komissiyasını Çinli elektrik avtomobil istehsalçılarının ticarət sirlərini ələ keçirmək üçün istintaqdan bəhanə kimi istifadə etməkdə ittiham edib. Xatırladaq ki, komissiya əlavə vergilər tətbiq etməzdən əvvəl Çin brendlərinin daha çox dövlət yardımı alıb-almadığını araşdırmaq üçün araşdırma başlatmışdı.
“Global Times” daha əvvəl Çinin 25% əlavə vergi tətbiq edə biləcəyini bildirmişdi. Belə bir addımın atılıb-atılmayacağı bilinmir, lakin Çin brendləri artıq Avropada istehsal üçün qollarını çırmalayıblar. BYD 2025-ci ildə Macarıstandakı fabrikində istehsala başlamağı planlaşdırır. Leapmotor, Stellantis ilə əməkdaşlıq çərçivəsində Polşada T03 modelinin istehsalına da başlayacaq. "Great Wall Motor"un da Avropada istehsal etmək üçün yer axtardığı bildirilir. Şirkətin Almaniya, Polşa və Macarıstan arasında seçim edəcəyi söylənilir. Chery isə daha əvvəl İspaniyada fabrik quracağını açıqlamışdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin, yaşıl hidrogen istehsalında dünyanın bütün ölkələrini geridə qoyur!
Çin, yaşıl hidrogen istehsalında dünyanın bütün ölkələrini geridə qoyur!
Çin, milli hidrogen istehsalı hədəflərini vaxtından əvvəl aşmağa hazırlaşır. Belə ki, Çin, ildə 220.000 ton yaşıl hidrogen istehsal etməyə hazırlaşarkən, eyni zamanda dünyanın bütün ölkələrini də geridə qoyur.
Çin, dünyanın ən böyük Günəş elektrik stansiyasını istifadəyə verib!
Çin, dünyanın ən böyük Günəş elektrik stansiyasını istifadəyə verib!
Çin, dünyanın ən böyük günəş elektrik stansiyasını işə saldığını açıqlayıb. 200 min hektar sahədə tikilən obyekt, ildə 5 GVt (giqavat) gücündə 6.09 milyard kilovat saat elektrik enerjisi istehsal edəcək.
Çində dünyanın ilk süni intellekt xəstəxanası açılıb!
Çində dünyanın ilk süni intellekt xəstəxanası açılıb!
Çində açılan dünyanın ilk süni intellekt xəstəxanası, tamamilə süni intellekt həkimləri tərəfindən idarə olunur və gündəlik 3 min xəstəyə xidmət göstərir.
Çin, kosmosa sirli bir obyekt buraxan zaman görüntülənib!
Çin, kosmosa sirli bir obyekt buraxan zaman görüntülənib!
Çinin kosmosa sirli bir obyekt buraxan kosmos təyyarəsi aktual müzakirə mövzusuna çevrilib. Bəs Çinin məqsədi nədir, kosmosda nə etməyi planlaşdırır?
ABŞ, Çinin kvant texnologiyalarına çıxışını məhdudlaşdırır!
ABŞ, Çinin kvant texnologiyalarına çıxışını məhdudlaşdırır!
ABŞ texnologiya sahəsində liderliyini qorumaq və milli təhlükəsizliyini gücləndirmək üçün Çinin kvant hesablama texnologiyalarına çıxışını məhdudlaşdıracaq.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ