Çin, kosmosa sirli bir obyekt buraxan zaman görüntülənib!
Digər
29.05.2024
Farid Pardashunas
Çinin kosmosa sirli bir obyekt buraxan kosmos təyyarəsi aktual müzakirə mövzusuna çevrilib. Bəs Çinin məqsədi nədir, kosmosda nə etməyi planlaşdırır?
Çinin kosmik təyyarəsi 165 gündən çox orbitdə olub və sonuncu dəfə mayın 24-də yeni sirli obyekti buraxarkən görüntülənib. Kosmik təyyarə, ilk dəfə 2023-cü ilin 14 dekabrında orbitə daxil olub. O vaxtdan bəri o, Yer ətrafında dövr edir, arabir cisimlər buraxır və ya siqnallar verir. Mütəxəssislərin fikrincə, bu kosmik təyyarə ABŞ-ın X-37B kosmik gəmisinə cavab olaraq istehsal edilmiş ola bilər. Bu yeni sirli obyekt haqqında müxtəlif fərziyyələr var.
Harvard-Smithsonian Astrofizika Mərkəzindən Jonathan McDowell bildirib ki, bu sirli obyekt, missiya bitməmişdən əvvəl qalan bir alt peyk və ya bir aparat parçası ola bilər. McDowell-in sözlərinə görə, obyekt mayın 24-də UTC saat ilə 19:00 radələrində yerləşdirilib və 602 km x 608 km yüksəklikdə, 50 dərəcə meyllə orbitdə olub. Çinin sirli obyekt buraxan kosmik gəmisi, ABŞ-ın X-37B kosmik gəmisi ilə çox oxşar xüsusiyyətlərə malikdir. Belə ki, hər iki vasitə də təkrar istifadə edilə bilən kosmik gəmidir və kosmik texnologiyada əhəmiyyətli bir irəliləyişi təmsil edir. Bu vasitələr, kosmik missiyaların xərclərini azaldır və missiyaların daha tez-tez yerinə yetirilməsinə şərait yaradır. Çinin kosmik gəmisi ilk uçuşunu 2020-ci ildə həyata keçirib və bu uçuş cəmi 2 gün davam edib. Onun ikinci uçuşu 2022-ci ildə başlayıb və düz 276 gün davam edib. Bu uçuşlar zamanı kosmosa obyektlərin atıldığı bildirilib. Çinin kosmik gəmisi hazırkı uçuşu zamanı orbitini dəyişmək üçün bir sıra manevrlər həyata keçirib.
Əvvəlcə 333 km ilə 348 km yüksəkliklərində bir orbitə yerləşib və daha sonra bu orbiti 602 km ilə 609 km yüksəklilərinə qədər artırıb. ABŞ Kosmik Qüvvələrinin məlumatına görə, bu cür manevrlər, kosmik gəminin imkanlarını və missiya çevikliyini yoxlamaq məqsədi daşıya bilər. Çin, sirli obyekti yerə salan bu kosmik gəmi ilə bağlı çox məxfi davranır. Ölkənin kosmos idarələri kosmik gəmi ilə bağlı heç bir görüntü və ya təfərrüat paylaşmayıb. Yalnız buraxılışdan sonra edilən qısa açıqlamada kosmik gəmi ilə "təkrar istifadə edilə bilən texnologiyanın təsdiqi və kosmik elm təcrübələrinin planlaşdırıldığı kimi aparılacağı" ifadə edilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ, Çinin kvant texnologiyalarına çıxışını məhdudlaşdırır!
ABŞ, Çinin kvant texnologiyalarına çıxışını məhdudlaşdırır!
ABŞ texnologiya sahəsində liderliyini qorumaq və milli təhlükəsizliyini gücləndirmək üçün Çinin kvant hesablama texnologiyalarına çıxışını məhdudlaşdıracaq.
Çinlilər son dərəcə ölümcül və yoluxucu bir virus hazırlayıblar!
Çinlilər son dərəcə ölümcül və yoluxucu bir virus hazırlayıblar!
Çinli alimlər, hamsterləri Ebola virusundan daha ölümcül və yoluxucu virusa yoluxduraraq dəhşətli təcrübə aparıblar.
ABŞ rəsmisi "nüvə silahları süni intellektin nəzarətində olmamalıdır" deyə Çin və Rusiyaya xəbərdarlıq edib!
ABŞ rəsmisi "nüvə silahları süni intellektin nəzarətində olmamalıdır" deyə Çin və Rusiyaya xəbərdarlıq edib!
ABŞ-ın yüksək rütbəli rəsmisi Çin və Rusiyaya xəbərdarlıq edib ki, nüvə silahının yerləşdirilməsi ilə bağlı qərarlar heç vaxt süni intellekt tərəfindən deyil, yalnız insanlar tərəfindən verilməlidir.
Yaxın zamanda Çin küçələrində süni intellekt ilə işləyən itlər görə bilərik!
Yaxın zamanda Çin küçələrində süni intellekt ilə işləyən itlər görə bilərik!
Çinin Şimal-Qərb Politexnik Universitetinin tədqiqatçıları ölkədəki 17 milyon gözdən əlil insana kömək etmək üçün apardıqları araşdırmalarda böyük irəliləyiş qət ediblər. Belə ki, onlar süni intellekt dil modelindən istifadə edərək inkişaf etdirdikləri bələdçi itinin naviqasiya və yoldaşlıq üçün çox yaxşı vasitə olduğunu hesab edirlər.
Çin dünyanın ən quşa bənzər uçan aparatını hazırladı!
Çin dünyanın ən quşa bənzər uçan aparatını hazırladı!
Çin Mərkəzi Televiziyası (CCTV) dünyanın ən real quşa bənzər ornitopterinin görüntülərini yayımlayıb. Mütəxəssislər quş kimi qanadlarını çırparaq uçan yeni pilotsuz aparatın hərbi və mülki tətbiqlərdə böyük potensiala malik olduğunu bildirirlər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!