main-post-cover

    Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb

    Cihazlar+
    11.07.2024
    Emil Nəcəfov
          Bir neçə gün bundan öncə Xiaomi şirkətinin CEO-su Lei Jun rəsmi şəkildə təsdiqlədi ki, şirkətin qatlana bilən Xiaomi MIX Fold 4 və ilk qatlana bilən qapaqlı MIX Flip smartfonları artıq bu ay ərzində təqdim olunacaqlar. Lakin bununla belə Lei Jun sözügedən smartfonların dəqiq təqdimat tarixlərini açıqlamadı. Bu vəziyyəti insayderlər dəyişiblər. Beləliklə insayderlərin sözlərinə əsasən Xiaomi bu yeni smartfonlarını 18 iyul tarixində Çində təqdim edəcək.
         Bununla yanaşı onlar qeyd ediblər ki, təqdimat çərçivəsində üstəlik Redmi K70 Ultra smartfonu və Xiaomi Mi Band 9 smart qolbağı da təqdim olunacaq. Qeyd etmək lazımdır ki, qatlana bilən Xiaomi MIX Fold 4-ün Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 50 MP-lik əsas arxa kamera ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Xiaomi MIX Flip-ə gəldikdə isə onun da Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO M6 Plus 5G smartfonu Geekbench testlərindən keçib
    poco-m6-plus-5g-smartfonu-geekbench-testlerinden-kecib
    Redmi K70 Ultra-nın arxa panel dizaynı sərgilənib
    redmi-k70-ultra-nin-arxa-panel-dizayni-sergilenib
    Qatlana bilən qapaqlı Xiaomi MIX Flip-in real fotoları ortaya çıxıb
    qatlana-bilen-qapaqli-xiaomi-mix-flip-in-real-fotolari-ortaya-cixib
    Redmi Buds 5A adlı yeni büdcəli naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ
    redmi-buds-5a-adli-yeni-budceli-naqilsiz-qulaqliq-teqdim-edilib-qiymeti
    Təqdimata aylar qalmış Xiaomi 15 və Xiaomi 15 Pro-nun tenxiki imkanları ortaya çıxıb
    teqdimata-aylar-qalmis-xiaomi-15-ve-xiaomi-15-pro-nun-tenxiki-imkanlari-ortaya-cixib