main-post-cover

    Qatlana bilən qapaqlı Xiaomi MIX Flip-in real fotoları ortaya çıxıb

    Cihazlar+
    09.07.2024
    Emil Nəcəfov
         Samsung bu ay yeni qatlana bilən smartfonlarını təqdim edəcək yeganə şirkət olmayacaq. Belə ki, Xiaomi bu ay qatlana bilən Xiaomi MIX Fold 4-ü və qatlana bilən qapaqlı MIX Flip-i təqdim edəcək. Xiaomi-nin Flip form-faktoruna sahib ilk smartfonu olacaq MIX Flip-in NCC adlı tənzimləyici orqanda qeydiyyatdan keçdiyi məlum olub. Bunun sayəsində sözügedən tənzimləyici orqanın saytında Xiaomi MIX Flip-in real fotoları ortaya çıxıb.
         Beləliklə ortaya çıxmış fotolardan da artıq məlum olub ki, Xiaomi MIX Flip-in arxa panelində iki ədəd kamera obyektivi mövcud olacaq və onlar şaquli vəziyyətdə yerləşəcəklər. Bundan əlavə olaraq NCC-nin məlumatlar bazası bir daha təsdiqləyib ki, Xiaomi MIX Flip 67 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareyanı əldə edəcək. Smartfon barəsində digər bir məlumat olmasa da onun Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Buds 5A adlı yeni büdcəli naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ
    redmi-buds-5a-adli-yeni-budceli-naqilsiz-qulaqliq-teqdim-edilib-qiymeti
    Təqdimata aylar qalmış Xiaomi 15 və Xiaomi 15 Pro-nun tenxiki imkanları ortaya çıxıb
    teqdimata-aylar-qalmis-xiaomi-15-ve-xiaomi-15-pro-nun-tenxiki-imkanlari-ortaya-cixib
    Bu ay təqdim olunacaq Xiaomi MIX Flip smartfonunun batareya həcmi açıqlanıb
    bu-ay-teqdim-olunacaq-xiaomi-mix-flip-smartfonunun-batareya-hecmi-aciqlanib
    Redmi 13 5G təqdim edilib - QİYMƏTİ
    redmi-13-5g-teqdim-edilib-qiymeti
    Elon Musk haqqında
    elon-musk-haqqinda