main-post-cover

    Xiaomi 15 Pro-nun kameraları barəsində yeni məlumatlar ortaya çıxıblar

    Cihazlar+
    11.06.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti payız fəslində Xiaomi 15 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq. Xiaomi 15 və Xiaomi 15 Pro. İndi isə Çindən olan mənbələr Xiaomi 15 Pro modelinin kameraları barəsində məlumat veriblər. Beləliklə verilmiş məlumata əsasən Xiaomi 15 Pro smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan hər biri 50 MP-lik olacaq. Əsas arxa kamera özündə 1 düym ölçülü OmniVision OV50K kamera sensorunu birləşdirəcək.
        Məlumatda qeyd edilib ki, smartfonun teleobyektivi 3 qat optik zoom özəlliyinə sahib Sony IMX882 kamera sensorundan təşkil ediləcək. Smartfonun ultra geniş bucaqlı obyektivi isə fotoların daha yaxşı çəkiliş keyfiyyətlərini vəd edir. Qeyd etmək lazımdır ki, keçən ilki Xiaomi 14 Pro-dakı teleobyektiv özündə Samsung JN1 adlı kamera sensorunu birləşdirir. Ondan fərqli olaraq Xiaomi 15 Pro-da istifadəsi gözlənilən Sony IMX882 kamera sensoru isə enerji sərfiyyatı baxımından daha effektivdir və təsvir miqyasının dəyişimi zamanı daha yaxşı performansı sərgilədiyi düşünülür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO M6 smartfonu təqdim edilib - QİYMƏTİ
    poco-m6-smartfonu-teqdim-edilib-qiymeti
    POCO M6-nın təqdimatı anons edilib
    poco-m6-nin-teqdimati-anons-edilib
    Xiaomi, insanabənzər robotunu istehsal proseslərinə inteqrasiya etməyi planlaşdırır!
    xiaomi-insanabenzer-robotunu-istehsal-proseslerine-inteqrasiya-etmeyi-planlasdirir
    POCO M6 Plus 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıblar
    poco-m6-plus-5g-nin-fotosu-ve-bezi-texniki-imkanlari-ortaya-cixiblar
    Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu qlobal bazarda da satılacaq
    xiaomi-nin-ilk-qatlana-bilen-qapaqli-smartfonu-qlobal-bazarda-da-satilacaq