POCO M6 smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
10.06.2024
Emil Nəcəfov
Xiaomi-nin POCO brendi qlobal bazarda yeni smartfonunu təqdim edib. Söhbət, POCO M6-dan gedir. POCO-nun bu yeni büdcəli smartfonu bir neçə gün bundan öncə Çində təqdim edilmiş Redmi 13 4G-nin kopyasıdır. Smartfonlar eyni xarici görünüşə və texniki imkanlara sahibdirlər. Sadəcə olaraq POCO M6-nın arxa panelində POCO yazısı əks olunub. Beləliklə POCO M6 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.79 düym IPS ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
Üstəlik POCO M6 özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip ilə naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Smartfon MediaTek Helio G91 Ultra prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 108 MP + 2 MP ikili arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə POCO M6 smartfonu 33 vatt gücündə sürətli şarj texnologiyalı 5030 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 14 əsaslı HyperOS vasitəsilə çalışır. POCO M6 artıq satışa çıxıb. Onun 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiyası 130$-a, 256 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası isə 150$-a satılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
POCO M6-nın təqdimatı anons edilib
POCO M6-nın təqdimatı anons edilib
Xiaomi-nin POCO brendi özünün POCO M seriyasının yeni smartfonunun təqdimatını anons edib. Söhbət, POCO M6-dan gedir.
Xiaomi, insanabənzər robotunu istehsal proseslərinə inteqrasiya etməyi planlaşdırır!
Xiaomi, insanabənzər robotunu istehsal proseslərinə inteqrasiya etməyi planlaşdırır!
Xiaomi, gələcəkdə özünün insanabənzər robotu CyberOne-u istehsal proseslərinə inteqrasiya etməyi planlaşdırır. O, robotlardan elektronika, maşınqayırma, süni intellekt və avtomobil kimi müxtəlif sektorlarda istifadə etməyi düşünür.
POCO M6 Plus 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıblar
POCO M6 Plus 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıblar
Keçən ayın sonunda məlum oldu ki, Xiaomi-nin POCO brendi POCO M6 Plus 5G adlı yeni smartfonunun təqdimatına hazırlaşır. İndi isə sözügedən smartfonun Google Play Console-da ortaya çıxdığı məlum olub.
Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu qlobal bazarda da satılacaq
Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu qlobal bazarda da satılacaq
Biz dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti bu il ərzində ilk qatlana bilən qapaqlı smartfonunu təqdim etməlidir. Sözügedən smartfonun Xiaomi Mix Flip adlanacağı güman edilir.
Məşhur insayder Redmi K80 Pro-nun texniki imkanları ilə bağlı təfərrüatları bölüşüb
Məşhur insayder Redmi K80 Pro-nun texniki imkanları ilə bağlı təfərrüatları bölüşüb
Xiaomi-nin Redmi brendi bu ilin sonuna yaxın Redmi K80 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq. Redmi K80 və K80 Pro.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!