main-post-cover

    Xiaomi 14T Pro-nun keyfiyyətli render fotosu ortaya çıxıb

    Cihazlar+
    09.09.2024
    Emil Nəcəfov
         Xiaomi yaxın zamanda qlobal bazarda Xiaomi 14T smartfon seriyasını təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq. Xiaomi 14T və Xiaomi 14T Pro. İndi isə internetdə Xiaomi 14T Pro modelinin keyfiyyətli render fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoya əsasən Xiaomi 14T Pro smartfonu yastı ekran dizaynını əldə edəcək. Smartfonun arxa panelində isə kvadrat formalı kamera sahəsi yerləşəcək və onun daxilində 3 ədəd kamera ilə LED işıqlandırma mövcud olacaq. Bununla yanaşı görmək olar ki, kamera sahəsinin daxilində Leica yazısı var. Bu isə Xiaomi-nin kameralar mövzusunda Leica şirkəti ilə əməkdaşlığının davam etdirilməsini sübut edir. Son məlumat sızıntılarına əsasən Xiaomi 14T Pro smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi-nin heç bir fiziki düyməyə sahib olmayan smartfonunun fotoları ortaya çıxıb
    xiaomi-nin-hec-bir-fiziki-duymeye-sahib-olmayan-smartfonunun-fotolari-ortaya-cixib
    Xiaomi 15 Ultra daha yaxşı əsas arxa kameraya sahib olacaq
    xiaomi-15-ultra-daha-yaxsi-esas-arxa-kameraya-sahib-olacaq
    Redmi brendi Redmi A3 Pro adlı yeni büdcəli smartfonu üzərində çalışır
    redmi-brendi-redmi-a3-pro-adli-yeni-budceli-smartfonu-uzerinde-calisir
    Xiaomi 15-in ön panelini əks etdirən yeni render foto təqdim edilib
    xiaomi-15-in-on-panelini-eks-etdiren-yeni-render-foto-teqdim-edilib
    Büdcəli Redmi Buds 6 Lite naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-buds-6-lite-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti