Xiaomi-nin heç bir fiziki düyməyə sahib olmayan smartfonunun fotoları ortaya çıxıb
Cihazlar+
06.09.2024
Emil Nəcəfov
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, Xiaomi şirkəti heç bir fiziki düyməyə sahib olmayan smartfon üzərində çalışır. İndi isə internetdə şirkətin daha öncə bu cür dizaynda hazırlamış, lakin satışa çıxartmamış smartfonunun real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolar Xiaomi-nin hazırladığı daha belə bir smartfonun necə bir xarici görünüşə sahib ola biləcəyini əks etdirirlər.
Məlumatda qeyd edilib ki, fotolarda əks olunmuş smartfon Wangshu kod adına sahib olub və o, il yarım bundan öncə hazırlanıb. Məlumata əsasən şirkətin heç bir fiziki düyməyə sahib olmayan smartfonunun prototipi Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışıb və özündə 200 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirib. Üstəlik prototip 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının da dəstəyinə sahib olub. Heç istisna deyil ki, Xiaomi ləğv edilmiş bu smartfon ideyasını təkmilləşdirərək onu kütləvi istehsal etmək planına sahibdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi 15 Ultra daha yaxşı əsas arxa kameraya sahib olacaq
Xiaomi 15 Ultra daha yaxşı əsas arxa kameraya sahib olacaq
Gələn il təqdim olunacaq Xiaomi 15 Ultra barəsində yeni məlumat sızıntıları onun təkmilləşdirilmiş kameralara sahib olacağına işarə edirlər.
Redmi brendi Redmi A3 Pro adlı yeni büdcəli smartfonu üzərində çalışır
Redmi brendi Redmi A3 Pro adlı yeni büdcəli smartfonu üzərində çalışır
Ortaya çıxmış yeni məlumata əsasən Xiaomi-nin Redmi brendi yeni büdcəli smartfonu üzərində çalışır. Söhbət, Redmi A3 Pro-dan gedir.
Xiaomi 15-in ön panelini əks etdirən yeni render foto təqdim edilib
Xiaomi 15-in ön panelini əks etdirən yeni render foto təqdim edilib
Digital Chat Station ləqəbli məşhur insayder yaxın zamanda təqdimatı gözlənilən Xiaomi 15 smartfonunun yeni render fotosunu təqdim edib.
Büdcəli Redmi Buds 6 Lite naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Büdcəli Redmi Buds 6 Lite naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi yeni büdcəli naqilsiz qulaqlığını təqdim edib. Söhbət, Redmi Buds 6 Lite-dan gedir.
Xiaomi artıq MIX Flip 2 üzərində çalışır
Xiaomi artıq MIX Flip 2 üzərində çalışır
Xiaomi şirkəti iyul ayında ilk qatlana bilən qapaqlı smartfonunu təqdim etdi. Söhbət, Xiaomi MIX Flip-dən gedir. Lakin görünür, şirkət onun davamçısı olacaq Xiaomi MIX Flip 2 üzərində artıq çalışmağa başlayıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ