Təqdimata hazırlaşan Samsung Galaxy F55 smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
02.05.2024
Farid Pardashunas
Samsung şirkəti Galaxy F seriyasının yeni smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy F55-dən gedir. Bir neçə gün bundan öncə xəbər ortaya çıxdı ki, sözügedən smartfon keçən həftə təqdim edilmiş Galaxy C55 5G smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacaq. İndi isə Galaxy F55-in Geekbench testlərindən keçdiyi məlum olub. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən Galaxy F55 smartfonu Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışır.
Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, Galaxy F55 qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 843 xal, çox nüvəli testi çərçivəsində isə 2307 xal toplayıb. Gözləntilərə əsasən Galaxy F55 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunacaq və özündə 50 MP-lik əsas arxa kamera ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S24 FE-nin texniki imkanları barəsində yeni təfərrüatlar təqdim edilib
Samsung Galaxy S24 FE-nin texniki imkanları barəsində yeni təfərrüatlar təqdim edilib
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy S24 FE smartfonu üzərində çalışır. İndi isə insayderlər Galaxy S24 FE-nin texniki imkanları ilə bağlı təfərrüatları bölüşüblər.
Qatlana bilən Samsung Galaxy Fold FE və Flip FE smartfonlarının bəzi texniki imkanları açıqlanıb
Qatlana bilən Samsung Galaxy Fold FE və Flip FE smartfonlarının bəzi texniki imkanları açıqlanıb
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti özünün qatlana bilən Galaxy Z Fold və Z Flip smartfonlarının Galaxy FE seriyasına daxil olacaq modelləri üzərində çalışır.
Samsung Galaxy C55 5G smartfonu qlobal bazarda satışa çıxmağa hazırlaşır
Samsung Galaxy C55 5G smartfonu qlobal bazarda satışa çıxmağa hazırlaşır
Samsung şirkəti bir neçə müddət bundan öncə Çində Galaxy C55 5G smartfonunu təqdim etməklə Galaxy C seriyasını geri qaytardı.
Samsung Galaxy Watch Ultra və Watch FE smart saatları hazırlanır
Samsung Galaxy Watch Ultra və Watch FE smart saatları hazırlanır
Keçən həftə məlumat verildi ki, Samsung şirkəti növbəti Galaxy Unpacked adlı təqdimat tədbirini 10 iyul tarixində keçirəcək. Həmin tədbirdə qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları təqdim olunacaq.
Samsung, premium şarj adapterini təqdim edib!
Samsung, premium şarj adapterini təqdim edib!
Samsung şirkəti Charger Duo 50W adlanan premium şarj adapterini elan edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!