main-post-cover

    Samsung Galaxy S24 FE-nin texniki imkanları barəsində yeni təfərrüatlar təqdim edilib

    Cihazlar+
    30.04.2024
    Farid Pardashunas
         Artıq məlumdur ki, Samsung şirkəti Galaxy S24 FE smartfonu üzərində çalışır. İndi isə insayderlər Galaxy S24 FE-nin texniki imkanları ilə bağlı təfərrüatları bölüşüblər. Beləliklə verilmiş məlumatlara əsasən Galaxy S24 FE smartfonu satışa çıxacağı regiondan asılı olaraq ya Exynos 2400 prosessoru ya da Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq.
         Məlumatda qeyd edilib ki, smartfon üstəlik özündə 8 GB RAM-ı və 256/512 GB daxili yaddaş həcmini birləşdirəcək. İnsayderlər bildiriblər ki, digər texniki göstəricilərə gəldikdə isə Galaxy S24 FE smartfonu adi Galaxy S24 ilə eyni olacaq. Yəni yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı, 50 MP + 10 MP + 12 MP üçlü arxa kameranı və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Galaxy S24 FE-nin bu ilin ikinci yarısında təqdim olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən Samsung Galaxy Fold FE və Flip FE smartfonlarının bəzi texniki imkanları açıqlanıb
    qatlana-bilen-samsung-galaxy-fold-fe-ve-flip-fe-smartfonlarinin-bezi-texniki-imkanlari-aciqlanib
    Samsung Galaxy C55 5G smartfonu qlobal bazarda satışa çıxmağa hazırlaşır
    samsung-galaxy-c55-5g-smartfonu-qlobal-bazarda-satisa-cixmaga-hazirlasir
    Samsung Galaxy Watch Ultra və Watch FE smart saatları hazırlanır
    samsung-galaxy-watch-ultra-ve-watch-fe-smart-saatlari-hazirlanir
    Samsung, premium şarj adapterini təqdim edib!
    samsung-premium-sarj-adapterini-teqdim-edib
    Samsung Galaxy S24 FE-nin hazırlandığı təsdiqlənib
    samsung-galaxy-s24-fe-nin-hazirlandigi-tesdiqlenib