Qatlana bilən Xiaomi MIX Fold 4 təqdim olunub - QİYMƏTİ
Cihazlar+
19.07.2024
Emil Nəcəfov
Xiaomi şirkəti Çində yeni qatlana bilən smartfonu Xiaomi MIX Fold 4-ü təqdim edib. Xiaomi-nin bu yeni qatlana bilən smartfonu digər analoqlar arasında ən nazik gövdəyə sahib qatlana bilən smartfonlardan biri olub. Xiaomi MIX Fold 4-də Dragon Bone Hinge 2.0 adlı yeni növ şarnir konstruksiyasından istifadə edilib. Bu şarnir konstruksiyası kiçik ölçüyə sahibdir. Bunun sayəsində smartfonun çəkisi 226 qramm təşkil edir. Üstəlik yeni növ şarnir konstruksiyası hesabına daxili ekran üzərindəki qatlanma izi daha az nəzərə çarpır. Smartfonun qalınlığına gəldikdə isə qatlanmış vəziyyətdə onun qalınlığı 9.47 mm, tam açıq vəziyyətdə isə 4.59 mm təşkil edir. Əsas olaraq da qeyd etmək lazımdır ki, Xiaomi MIX Fold 4-ün gövdəsi IPX8 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2488x2244 piksel keyfiyyətli 7.98 düym ölçülü daxili OLED ekranla və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2520х1080 piksel keyfiyyətli 6.56 düym ölçülü xarici OLED ekranla təchiz olunub. Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Üstəlik xarici ekran Xiaomi Dragon Crystal Glass adlı qoruyucu şüşə ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Xiaomi MIX Fold 4 Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib.
Kameralar mövzusunda smartfon 50 MP (f/1.7 diafraqma, avtofokus, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 50 MP (f/2.0 diafraqma, avtofokus, 2 qat optik zoom, optik stabilizasiya) + 10 MP (f/2.92 diafraqma, avtofokus, 5 qat optik zoom, optik stabilizasiya) dördlü arxa kameraya və həm daxili həm də xarici ekran üzərində 20 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Xiaomi MIX Fold 4 67 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Smartfon qutudan HyperOS Fold interfeysli Android 14 vasitəsilə çalışır. Xiaomi MIX Fold 4 yaxın günlərdə Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Smartfonun Çindəki satış qiymətləri aşağıdakı kimi olacaq.
- 12 GB RAM + 256 GB yaddaş - 1239$
- 16 GB RAM + 512 GB yaddaş - 1375$
- 16 GB RAM + 1 TB yaddaş - 1515$.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bu gün Xiaomi SU7-nin idman versiyası təqdim olunacaq
Bu gün Xiaomi SU7-nin idman versiyası təqdim olunacaq
Xiaomi bu gün öz yeni məhsullarını təqdim edəcək. Təqdim ediləcək məhsullar arasında Xiaomi MIX Fold 4, MIX Flip, Redmi K70 Ultra smartfonları və Smart Band 9 smart qolbağı olacaq.
Xiaomi MIX Flip-in daha öncəki prototipləri sərgilənib
Xiaomi MIX Flip-in daha öncəki prototipləri sərgilənib
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip smartfonunun təqdimatından bir gün qabaq Xiaomi şirkətinin CEO-su Lei Jun sözügedən smartfonun hazırlanması ilə bağlı təfərrüatları və onun bir neçə prototipinin fotolarını təqdim edib.
Təqdimatdan bir gün qabaq Xiaomi MIX Flip-in xarici ekranı ilə bağlı təfərrüatlar təqdim edilib
Təqdimatdan bir gün qabaq Xiaomi MIX Flip-in xarici ekranı ilə bağlı təfərrüatlar təqdim edilib
Xiaomi şirkəti ilk qatlana bilən qapaqlı smartfonu olacaq MIX Flip-i artıq sabah təqdim edəcək.
Xiaomi, ağıllı çətirini təqdim edib!
Xiaomi, ağıllı çətirini təqdim edib!
"Xiaomi Risetime" elektron çətiri, istifadəçi heç bir güc tətbiq etmədən avtomatik olaraq açıla, bağlana və şarj oluna bilər.
Təqdimata sayılı günlər qalmış Xiaomi Smart Band 9 smart qolbağının bəzi özəllikləri təqdim edilib
Təqdimata sayılı günlər qalmış Xiaomi Smart Band 9 smart qolbağının bəzi özəllikləri təqdim edilib
Dünən Xiaomi şirkəti Xiaomi Smart Band 9 smart qolbağının təqdimatını anons etdi.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!