main-post-cover

    Təqdimatdan bir gün qabaq Xiaomi MIX Flip-in xarici ekranı ilə bağlı təfərrüatlar təqdim edilib

    Cihazlar+
    18.07.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti ilk qatlana bilən qapaqlı smartfonu olacaq MIX Flip-i artıq sabah təqdim edəcək. Təqdimata bir gün qalmış şirkət bu smartfon barəsində bəzi məlumatları təqdim edib. Beləliklə verilmiş rəsmi məlumata əsasən Xiaomi MIX Flip smartfonu 1.5K keyfiyyətli 4.01 düym ölçülü xarici ekranı əldə edəcək. Xarici ekranın maksimal parlaqlıq səviyyəsi isə 1600 nit təşkil edəcək. Üstəlik xarici ekran Dragon Crystal Glass adlı qoruyucu şüşə ilə əhatə olunacaq. Məlumatda qeyd edilib ki, xarici ekranda əlavə səsgücləndirici ilə mikrofon yerləşəcək. Bunun sayəsində istifadəçi smartfonu tam açmadan telefon zənglərinə cavab verə və ya özü telefon zənglərini reallaşdıra biləcək. Qeyd etmək lazımdır ki, Xiaomi MIX Flip-in Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi, ağıllı çətirini təqdim edib!
    xiaomi-agilli-cetirini-teqdim-edib
    Təqdimata sayılı günlər qalmış Xiaomi Smart Band 9 smart qolbağının bəzi özəllikləri təqdim edilib
    teqdimata-sayili-gunler-qalmis-xiaomi-smart-band-9-smart-qolbaginin-bezi-ozellikleri-teqdim-edilib
    Xiaomi MIX Fold 4-ün qısa rekalm videosu təqdim edilib (VİDEO)
    xiaomi-mix-fold-4-un-qisa-rekalm-videosu-teqdim-edilib-video
    Qatlana bilən qapaqlı Xiaomi MIX Flip-in təqdimatı anons edilib və xarici görünüşü sərgilənib
    qatlana-bilen-qapaqli-xiaomi-mix-flip-in-teqdimati-anons-edilib-ve-xarici-gorunusu-sergilenib
    Redmi Pad SE 4G planşetinin təqdimatı anons edilib
    redmi-pad-se-4g-plansetinin-teqdimati-anons-edilib