main-post-cover

    Qatlana bilən qapaqlı Honor Magic Flip artıq yaxın zamanda təqdim oluna bilər

    Cihazlar+
    13.02.2024
    Emil Nəcəfov
         Biz dəfələrlə xəbər vermişik ki, Honor şirkəti öz ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Sözügedən smartfonun Honor Magic Flip adlanacağı güman edilir. Görünür, smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, insayderlər Honor Magic Flip-in nə zaman təqdim olunacağı barəsində məlumat veriblər. Onların sözlərinə əsasən Honor öz ilk qatlana bilən qapaqlı smartfonunu bu ayın sonunda təqdim etməyi planlaşdırır. Əgər bu məlumat həqiqətə uyğundursa, Honor Magic Flip bu ayın sonunda baş tutacaq MWC 2024 sərgisi çərçivəsində təqdim edilə bilər. Honor Magic Flip-in texniki göstəriciləri barəsində demək olar heç bir məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, sözügedən smartfon 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən qapaqlı Honor Magic Flip-in fotosu təqdim edilib
    qatlana-bilen-qapaqli-honor-magic-flip-in-fotosu-teqdim-edilib
    Honor şirkəti yeni smart qolbağı olacaq Honor Band 9-un təqdimatına hazırlaşır
    honor-sirketi-yeni-smart-qolbagi-olacaq-honor-band-9-un-teqdimatina-hazirlasir
    Honor Snapdragon prosessorlu yeni planşet üzərində çalışır
    honor-snapdragon-prosessorlu-yeni-planset-uzerinde-calisir
    Honor Magic 6 smartfon seriyasının qlobal versiyasının təqdimatı anons edilib
    honor-magic-6-smartfon-seriyasinin-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    Honor Magic V2-nin qlobal versiyasının qiyməti rəsmi şəkildə açıqlanıb
    honor-magic-v2-nin-qlobal-versiyasinin-qiymeti-resmi-sekilde-aciqlanib