main-post-cover

    Honor Snapdragon prosessorlu yeni planşet üzərində çalışır

    Cihazlar+
    31.01.2024
    Emil Nəcəfov
         Honor bu ay Magic 6 smartfon seriyasını və qatlana bilən Magic V2 RSR Porsche Design smartfonunu təqdim etdi. Məlum olub ki, şirkət hal-hazırda yeni planşet üzərində çalışır. Bu barədə məlumatı Digital Chat Station ləqəbli məşhur insayder təqdim edib. İnsayderin sözlərinə əsasən Honor tərəfindən hazırlanan yeni planşet Snapdragon prosessoru vasitəsilə çalışacaq və 5G dəstəyinə sahib olacaq. Bununla yanaşı insayder qeyd edib ki, planşet Quad HD keyfiyyətli 12.1 düym ekranı əldə edəcək və özündə 35 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcək. Planşet barəsində digər bir məlumat verilməyib. Onun necə adlanacağı və nə zaman təqdim olunacağı da bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 6 smartfon seriyasının qlobal versiyasının təqdimatı anons edilib
    honor-magic-6-smartfon-seriyasinin-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    Honor Magic V2-nin qlobal versiyasının qiyməti rəsmi şəkildə açıqlanıb
    honor-magic-v2-nin-qlobal-versiyasinin-qiymeti-resmi-sekilde-aciqlanib
    Qatlana bilən Honor Magic V2 smartfonu qlobal bazarda satışa çıxmağa hazırlaşır
    qatlana-bilen-honor-magic-v2-smartfonu-qlobal-bazarda-satisa-cixmaga-hazirlasir
    Honor Pad 9 planşeti qlobal bazarda satılacaq
    honor-pad-9-planseti-qlobal-bazarda-satilacaq
    Mart ayında Honor Magic 6-nın xüsusi versiyası təqdim ediləcək
    mart-ayinda-honor-magic-6-nin-xususi-versiyasi-teqdim-edilecek