main-post-cover

    Qatlana bilən iPhone 2 ildən sonra təqdim oluna bilər

    Cihazlar+
    24.07.2024
    Emil Nəcəfov
         The Information saytının vermiş olduğu məlumata əsasən Apple şirkətinin ilk qatlana bilən smartfonu çox güman ki, 2026-cı ildən tez təqdim olunmayacaq. Məlumatda qeyd edilib ki, Apple şirkətinin ilk qatlana bilən smartfonunun hazırlanma prosesi müəyyən texniki problemlərlə müşayiət edilir. Əsas texniki problemlər kimi aşağıdakılar qeyd olunub.
    - Ekran üzərində qatlanma izinin aradan qaldırılması: Apple şirkətinin ən böyük problemi çoxlu sayda qatlanmadan sonra ekran üzərində yaranan qatlanma izinin aradan qaldırılması ilə bağlıdır.
    - Dizayn: Şirkət mühəndisləri smartfonun ölçüsünü kiçiltməyə çalışırlar və çox güman ki, onlar qatlana bilən smartfon dizaynını gələn il təqdim ediləcəyi gözlənilən iPhone 17 Slim modeli üzərində sınayıblar.
    - Funksiyalar: Apple dizaynerləri qatlana bilən iPhone smartfonunu alıcılar üçün cəlbedici edəcək və onun yüksək qiymətini doğruldacaq eksklüziv funksiyaların axtarışındadırlar.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Növbəti iPhone SE hansı texniki imkanlara sahib olacaq
    novbeti-iphone-se-hansi-texniki-imkanlara-sahib-olacaq
    iPhone Plus-ı əvəz edəcək iPhone 17 Slim-in özəllikləri açıqlanıb
    iphone-plus-i-evez-edecek-iphone-17-slim-in-ozellikleri-aciqlanib
    Apple ilk qatlana bilən smartfonu üçün dözümlü ekranı patentləşdirib
    apple-ilk-qatlana-bilen-smartfonu-ucun-dozumlu-ekrani-patentlesdirib
    Apple, iPhone 15 seriyasını satmaqda çətinlik çəkir!
    apple-iphone-15-seriyasini-satmaqda-cetinlik-cekir
    Apple, Android istifadəçilərini hədəf alan "qorxu filmi" tərzindəki reklam çarxını yayımlayıb! (VİDEO)
    apple-android-istifadecilerini-hedefe-alan-qorxu-filmi-terzindeki-reklam-carxini-yayimlayib-video