main-post-cover

    iPhone Plus-ı əvəz edəcək iPhone 17 Slim-in özəllikləri açıqlanıb

    Cihazlar+
    22.07.2024
    Emil Nəcəfov
         iPhone 17 smartfon seriyasının gələn ilin sentyabr ayında təqdim olunacağı gözlənilir. Bununla belə onun barəsində artıq indidən məlumatlar ortaya çıxır. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, Apple şirkəti gələn il iPhone 17 Slim adlı yeni modeli təqdim edəcək. İndi isə Ice Universe ləqəbli məşhur insayder bu məlumatı təsdiqləyib. Onun sözlərinə əsasən gələn ilki iPhone 17 smartfon seriyasına 4 model daxil olacaq. iPhone 17, iPhone 17 Slim, iPhone 17 ProiPhone 17 Pro Max. Məlumata əsasən təqdim ediləcək iPhone 17 Slim modeli hamıya yaxşı tanış olan iPhone Plus modelini əvəzləyəcək.
         Bəzi məlumatlara əsasən iPhone 17 və iPhone 17 Pro modelləri 6.27 düym ölçülü ekranı, iPhone 17 Slim modeli 6.65 düym ölçülü ekranı, iPhone 17 Pro Max modeli isə 6.86 düym ölçülü ekranı əldə edəcəklər. Gözləntilərə əsasən bütün iPhone 17 modellərinin ekranları 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəklər. Qeyd etmək lazımdır ki, bu özəllik hələ də yalnız iPhone Pro modelləri üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, iPhone 17 və iPhone 17 Slim modelləri Apple A19 Bionic prosessoru vasitəsilə, iPhone 17 Pro və iPhone 17 Pro Max modelləri isə A19 Pro prosessoru vasitəsilə çalışacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple ilk qatlana bilən smartfonu üçün dözümlü ekranı patentləşdirib
    apple-ilk-qatlana-bilen-smartfonu-ucun-dozumlu-ekrani-patentlesdirib
    Apple, iPhone 15 seriyasını satmaqda çətinlik çəkir!
    apple-iphone-15-seriyasini-satmaqda-cetinlik-cekir
    Apple, Android istifadəçilərini hədəf alan "qorxu filmi" tərzindəki reklam çarxını yayımlayıb! (VİDEO)
    apple-android-istifadecilerini-hedefe-alan-qorxu-filmi-terzindeki-reklam-carxini-yayimlayib-video
    iPad mini 7-nin bəzi mümkün özəllikləri açıqlanıb
    ipad-mini-7-nin-bezi-mumkun-ozellikleri-aciqlanib
    iPhone 17 smartfonları 2 nanometrlik prosessora sahib olmaya bilərlər
    iphone-17-smartfonlari-2-nanometrlik-prosessora-sahib-olmaya-bilerler