main-post-cover

    Məşhur analitik iPhone 17 Slim barəsində təfərrüatları bölüşüb

    Cihazlar+
    25.07.2024
    Emil Nəcəfov
         Son günlərdə ortaya çıxmış məlumatlara əsasən Apple şirkəti gələn il təqdim ediləcək iPhone 17 smartfon seriyasında iPhone 17 Plus modelini iPhone 17 Slim adlı yeni model ilə əvəz edəcək. Məşhur analitik Ming-Chi Kuo öz növbəsində iPhone 17 Slim barəsində bəzi məlumatları bölüşüb. Beləliklə analitikin sözlərinə əsasən gələn il təqdim ediləcək iPhone 17 Slim modeli 2740x1260 piksel keyfiyyətli 6.6 düym ölçülü ekranı əldə edəcək.
         Ekran üzərində isə hal-hazırda aktual olan iPhone-larda olduğu kimi Dynamic Island çıxıntısı yerləşəcək. Analitikin fikrincə iPhone 17 Slim smartfonu Apple A19 prosessoru vasitəsilə çalışacaq və özündə titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni birləşdirəcək. Bununla yanaşı smartfonun bir ədəd arxa kamera ilə təchiz olunacağı gözlənilir. Analitikin sözlərinə əsasən iPhone 17 Slim-in istehsalat xərclərini azaltmaq istiqamətində onun gövdə ətrafı çərçivəsində iPhone 15 Pro iPhone 15 Pro Max ilə müqayisədə daha az miqdarda titan materialdan istifadə ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android smartfonlarından iPhone-a keçid sayı rekord səviyyəyə çatıb!
    android-smartfonlardan-iphone-a-kecid-sayi-rekord-seviyyeye-catib
    iPhone 17 seriyasında Android smartfonların kamera texnologiyası reallaşdırılacaq
    iphone-17-seriyasinda-android-smartfonlarin-kamera-texnologiyasi-reallasdirilacaq
    Yeni iPhone-larda keçən ilki iPhone 15 Pro və 15 Pro Max-ın ciddi problemi aradan qaldırılacaq
    yeni-iphone-larda-kecen-ilki-iphone-15-pro-ve-15-pro-max-in-ciddi-problemi-aradan-qaldirilacaq
    Apple Vision Pro-nun Çindəki satışları ürəkaçan deyil
    apple-vision-pro-nun-cindeki-satislari-urekacan-deyil
    Qatlana bilən iPhone 2 ildən sonra təqdim oluna bilər
    qatlana-bilen-iphone-2-ilden-sonra-teqdim-oluna-biler