iPhone 17 smartfonları 2 nanometrlik prosessora sahib olmaya bilərlər
Cihazlar+
17.07.2024
Emil Nəcəfov
Gələn il təqdim olunacağı gözlənilən iPhone 17 smartfon seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə insayderlər iPhone 17 smartfon seriyasının əldə edəcəyi prosessor barəsində məlumat veriblər. Beləliklə insayderlər bildiriblər ki, iPhone 17 smartfonları 2 nanometrlik texnoloji proses əsasında hazırlanacaq prosessoru əldə etməyəcəklər. Əsas səbəb isə texnoloji məhdudiyyətlər ilə bağlıdır.
Belə ki, TSMC şirkətinin 2 nanometrlik prosessorların kütləvi istehsal prosesinə gələn il start verəcəyi gözlənilirdi. Lakin ortaya çıxmış yeni məlumata əsasən 2 nanometrlik prosessorlar 2025-ci ilin sonuna kimi hazır olmayacaqlar. Bu isə o deməkdir ki, iPhone 17 smartfonlarında TSMC şirkətinin 3 nanometrlik prosessorlarının istifadəsi davam etdiriləcək. Məlumata əsasən TSMC şirkəti hal-hazırda 2 nanometrlik prosessorların hazırlanması prosesini sürətləndirib. Səbəb isə sifarişçiləri yetəri sayda prosessor ilə təmin etməkdir. Apple öz növbəsində TSMC şirkətinin ən böyük prosessor sifarişçilərindən biridir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple, süni intellekt modellərini öyrətmək üçün YouTube videolarından icazəsiz istifadə edirmiş!
Apple, süni intellekt modellərini öyrətmək üçün YouTube videolarından icazəsiz istifadə edirmiş!
Uzun müddətdir Apple tərəfindən son istifadəçilərə təqdim edilməsi gözlənilən yeni nəsil süni intellekt modeli "Apple Intelligence" ilə bağlı çox maraqlı xəbərlər ortaya çıxıb. Buna uyğun olaraq, ABŞ-ın texnologiya nəhəngi, süni intellekt modelini öyrətmək üçün internetdən, xüsusilə YouTube-da videolardan istifadə edirmiş.
iOS 18, iPadOS 18 və macOS Sequoia-da itmiş və ya zədələnmiş media faylların bərpası funksiyası təqdim edilib
iOS 18, iPadOS 18 və macOS Sequoia-da itmiş və ya zədələnmiş media faylların bərpası funksiyası təqdim edilib
Apple şirkəti iOS 18 üçün nəzərdə tutulmuş yeni faydalı funksiyanı təqdim edib. Təqdim edilmiş funksiya itmiş və ya zədələnmiş foto və videoları bərpa etməyə imkan verəcək.
FBI, Trump-a sui-qəsd hazırlayan cinayətkarın telefon şifrəsini sındıra bilməyib!
FBI, Trump-a sui-qəsd hazırlayan cinayətkarın telefon şifrəsini sındıra bilməyib!
Ötən həftə Donald Trump-a qarşı sui-qəsd cəhdini həyata keçirmək istəyən şəxs, FBI tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Lakin FBI, şəxsin telefon şifrəsini sındıra bilməyib
1 ildən çox dənizin dibində qalan Apple Watch, yenidən işlək vəziyyətdə tapılıb!
1 ildən çox dənizin dibində qalan Apple Watch, yenidən işlək vəziyyətdə tapılıb!
Bir istifadəçinin Karib dənizində suya dalarkən itən “Apple Watch” smart saatı, nağıllarda olduğu kimi sanki ayaq açaraq sahibinə geri qayıtmağı bacarıb.
Apple, iOS üçün ilk rəsmi PC emulyatorunu təsdiqləyib!
Apple, iOS üçün ilk rəsmi PC emulyatorunu təsdiqləyib!
Apple, iOS platformasında yeni bir yeniliyə imza ataraq ilk rəsmi PC emulyatoru olan UTM SE-ni təsdiqləyib. Bu inkişaf, iPhone istifadəçilərinə öz cihazlarında köhnə proqram təminatı və oyunları işə salmağa imkan verəcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!